Rusiyanın cənub bölgəsində “Qərbi Nil qızdırması” xəstəliyi yayılıb. Bildirilir ki, ən mürəkkəb vəziyyət Volqoqrad vilayətindədir
Rusıya Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, Rusiyanın cənub bölgəsində “Qərbi Nil qızdırması” xəstəliyi yayılıb. Bildirilir ki, ən mürəkkəb vəziyyət Volqoqrad vilayətindədir. Artıq 6 nəfər bu xəstəlikdən ölüb, 170 nəfər isə virusa yoluxub. Yoluxma hallarına Həştərxan, Voronej və Rostov vilayətlərində də rast gəlinib.
Öldürücü təhlükəyə malik virus adi ağcaqanadlar vasitəsi ilə yayılır. Virus beyin və əsəb sistemini sıradan çıxarır. Xəstəliyə qarşı dərman isə yoxdur. Virusun inkişaf dövrü 5 gündür. Yoluxan şəxsin hərarəti sürətlə yüksəlir. Virus uşaqlar və 50 yaşdan yuxarı olan şəxslər üçün daha təhlükəlidir.
“Aran” İA