Tarix : 2010 Aug 29
Kod 18775

İctimai Televiziyanın 5 ili tamam olur

avqustun 29-da Azərbaycan İctimai Televiziyasının (İTV) fəaliyyətə başlamasının 5 ili tamam olur
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, avqustun 29-da Azərbaycan İctimai Televiziyasının (İTV) fəaliyyətə başlamasının 5 ili tamam olur. İTV 2005-ci il avqust ayının 29-da prezident İlham Əliyevin iştirakı ilə rəsmən yayıma başlayıb. Hazırda Azərbaycanın bütün ərazisində və xaricdə izlənilən İTV-nin ölkənin müxtəlif bölgələrində müxbir postları ilə yanaşı, Orta Asiya, Türkiyə, Rusiya və Gürcüstanda nümayəndəlikləri var.
İctimai TV 2004-cü il setyabrın 11-də qəbul olunmuş “İctimai Televiziya və Radio Yayımı haqqında” qanuna əsasən yaradılıb və fəaliyyətini bu qanunun əsasında qurur. Telekanalın baş direktoru vəzifəsinə 2005- ci il aprelin 16-da Yayım Şurasının keçirdiyi səsvermə ilə İsmayıl Ömərov təyin olunub. O, artıq ikinci dəfədir ki, bu vəzifəyə təyin olunur.
Aran” İA
  • Yazılıb
  • da (də) 2010 Aug 29