Tarix : 2010 Aug 29
Kod 18776

İngilis şirkəti Naxçıvanı Ermənistan kimi göstərib

Azərbaycanın neft layihələrində iştirak edən və ölkədə fəaliyyətini genişləndirmək niyyətində olan Böyük Britaniyanın "WOOD GROUP" şirkətinin rəsmi saytında Azərbaycan ərazi bütövlüyü təhrif olunub
Azərbaycan Servisi/Aran Agentliyi
 
“Aran” İnformasiya Agentliyinin Azərbaycan mənbələrinə istinadən verdiyi məlumata görə, Azərbaycanın neft layihələrində iştirak edən və ölkədə fəaliyyətini genişləndirmək niyyətində olan Böyük Britaniyanın "WOOD GROUP" şirkətinin rəsmi saytında Azərbaycan ərazi bütövlüyü təhrif olunub. Şirkətin biznes qurduğu ölkələrin siyahısının əks olunduğu xəritənin “Middle East” bölməsində Naxçıvan Muxtar Respublikası Ermənistan ərazisi kimi göstərilib. Təhrif olunmuş xəritə aşağıdakı linkdə yerləşdirilib:
http://portal.woodgroup.com/portal/page?_pageid=0,1874563&_dad=portal30&_schema=PORTAL30
 
Aran” İA
 
  • Yazılıb
  • da (də) 2010 Aug 29