Tarix : 2010 Aug 29
Kod 18779

Rusiya Xəzərə yeni raket kateri buraxdı

Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər dəniz flotiliyasına yeni raket kateri daxil edib
Rusıya Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər dəniz flotiliyasına yeni raket kateri daxil edib. Bu hərbi kater “Qrad Sviyajsk” adlanır.
Kater Tatarıstanda yerləşən “A.M.Qorki adına Zelenodolsk Gəmiqayırma Zavodu” tərəfindən tikilib. Bu zavodun veb-saytının yazdığına görə, 21631 layihəlii kiçik raket kateri 21630 layihəli “Buyan” tipli artilleriya gəmisinin bazasında inşa olunub.
“Çay-dəniz” sinifli katerin uzunluğu 74,1 m, eni 11 m, hündürlüyü 6,57 m, su tutumu 949 t, sürəti 25 mildir.
 
“Aran” İA
  • Yazılıb
  • da (də) 2010 Aug 29