Tarix : 2010 Aug 31
Kod 18809

Ayətullah Xameneidən Pakistana yardım çağrısı

İran İslam İnqilabının Ali Dini Lideri Ayətullahül Üzma Seyyid Əli Xamenei Pakistandakı müsəlmanlar üçün müsəlmanlara səslənib
İİR Servisi/Aran Agentliyi
İran İslam İnqilabının Ali Dini Lideri Ayətullahül Üzma Seyyid Əli Xamenei Pakistandakı müsəlmanlar üçün müsəlmanlara səslənib.

İslam-Azeri.az internet qəzetinin İran mətbuatına istinadən verdiyi xəbərə görə, Ayətullah Xamenei Pakistandakı müsəlmanların böyük çətinlikdə olduqlarını önə çəkərək dünya müsəlmanlarının hərəkətə keçmələrinin vacibliyini xatırladıb.

"Çox təəssüf ki, beynəlxalq quruluşlar fəlakətə məruz qalan Pakistan xalqına qarşı borclarını yerinə yetirə bilmədilə. Biz böyük bir fəlakətlə üz-üzə qalan bacı və qardaşlarımızın köməyinə çatmaq üçün üzərimizə düşən vəzifələri yerinə yetirmək məcburiyyətindəyik" deyən Ayətullah Xamenei dünya müsəlmanlarını bu kömək üçün səfərbər olmağa çağırıb.
Islam-Azeri.az
 
  • Yazılıb
  • da (də) 2010 Aug 31