Tarix : 2010 Sep 03
Kod 18824

ATƏŞKƏS POZULUB

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər
Azərbaycan Servisi/Aran Agentliyi

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 2-də saat 10.30-dan 11.30-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.40-dan 23.50-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 3-də saat 00.20-dən 00.45-dək Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

  • Yazılıb
  • da (də) 2010 Sep 03