Tarix : 2010 Sep 03
Kod 18826

Bakıda qüds günü...

İsrail rejiminin işğalçı siyasətinə etiraz edən nümayişçilərdən 25 nəfər saxlanılaraq, Yasamal rayonu 27-ci polis bölməsinə aparılıb
Azərbaycan Servisi/Aran Agentliyi
Xəbər verildiyi kimi bu gün səhər 09:00 radələrində bir qrup vətəndaş "Beynəlxalq Qüds" günü ilə əlaqədar Fələstində qətliamlar törətmiş İsrail rejiminin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. FaktXeber.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, İsrail səfirliyinin qarşısında keçirilən aksiya zamanı 150-dən çox insan iştirak edib. Qeyd edək ki, İsrail rejiminin işğalçı siyasətinə etiraz edən nümayişçilərdən 25 nəfər saxlanılaraq, Yasamal rayonu 27-ci polis bölməsinə aparılıb. Məlumat üçün bildirək ki, saxlanılan nümayişçilər arasında Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov da var. Yasamal rayon 27-ci polis bölməsinədə FaktXeber.com-un müxbirinə münasibət bildirən Mövsüm Səmədov, bütün dünyada müsəlmanların keçirdiyi "Beynəlxalq Qüds" gününün ölkəmizdə də keçirildiyini bildirib."Bütün dünya müsəlmanları tərəfindən keçirilən Qüds günü bizdə keçirilməyə bilməzdi. Bu günün fəlsəfəsi zülmə və zülmkarlığa yox deməkdir. Düşünürəm ki, işğalçı İsrail rejiminə olunan bu etiraz haqlı etirazdır. Çünki İsrail Fələstin torpaqlarını işğal edib."
Nəzərinizə çatdlraq ki, bütün aksiyalarda olduğu kimi, bu dəfə də Yasamal rayon 27-ci polis bölməsi özünəməxsus qanunsuz əməlləri ilə yadda qalıb. 27-ci polis bölməsinin rəis müavini FaktXeber.com-un hadisə yerində reportaj hazırlayan iki müxbirindən video kameranı alaraq, video-görüntüləri oradan silib. Polis müavinin etdiyi bu hərəkət isə mətbuat azadlığının kobud sürətdə pozulmasını ortaya qoyub.
Aldığımız son məlumatlara həbs olunanlar arasında Yasamal rayon 27-cı polis bölməsinə aparılan 5 nəfər nümayişçi, naməlum səbəblərdən 29-cu polis bölməsin aparılıb. Xatılradaq ki, Yasamal rayon 29-cu polis bölməsinə aparılan şəxslər: Hacıyev Azad, Qədirov Kamran, Abbasov Xaliq, Elçin Manafov və Əli adlı bir nəfər olub.

Mövzunu davam etdirəcəyik.

  • Yazılıb
  • da (də) 2010 Sep 03