Tarix : 2010 Sep 04
Kod 18833

Bakıda Beynəlxalq Qüds Günü qeyd edilir

Dünən “Milli-Mənəvi Dəyərlər” ictimai birliyinin təşəbbüsü ilə mərkəzi salonlardan birində yüzlərlə Bakı sakininin iştirakıyla bu münasibətlə konfrans təşkil edilib
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İinformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Beynəlxalq Qüds Günü münasibətilə şəhərin müxtəlif yerlərində tədbirlər təşkil edilir. Dünən “Milli-Mənəvi Dəyərlər” ictimai birliyinin təşəbbüsü ilə mərkəzi salonlardan birində yüzlərlə Bakı sakininin iştirakıyla bu münasibətlə konfrans təşkil edilib. Tədbirdə 60 ildən bəri davam edən sionist işğalçılıq siyasəti və İslam aləminin bu təcavüzkarlıq qarşısındakı vəzifələri, müasir dünyada cərəyan edən hadisələr və bu hadisələrin fonunda müsəlmanların birliyə olan ehtiyacı, həmçinin Qarabağ problemi mövzularında çıxışlar edilib.
Tədbirin sonunda iftar süfrəsi açılıb.
 
“Aran” İA
 
  • Yazılıb
  • da (də) 2010 Sep 04