Tarix : 2010 Sep 04
Kod 18835

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Naxçıvanda görüşəcək

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin Naxçıvanda görüşü olacaq. Artıq Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Naxçıvanla sərhəd bölgəyə gəlib
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin "Yeni Şərq"ə istinadən verdiyi məlumata görə, Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin Naxçıvanda görüşü olacaq. Artıq Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Naxçıvanla sərhəd bölgəyə gəlib. O, ölkənin şərq sərhədlərini, İğdır və Ağrını gəzib. “Zaman” qəzeti yazır ki, Əhməd Davudoğlu İqdırdakı Türkiyə-Ermənistan sərhəd-keçid məntəqəsinə qədər gəlib. Elə burada Əhməd Davudoğlu yaxın vaxtlarda Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin bu bölgədə bir araya gəlmək istədiklərini bildirib: “Ermənistan bilməlidir ki, bölgədə barış təmin olunsa, bu torpaqlardan bərəkət qaynayacaq. Ancaq işğal edilmiş torpaqlar Azərbaycana qaytarılmadan sülh təmin edilə bilməz”.
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Sep 04