Tarix : 2010 Sep 04
Kod 18851

İstanbul İsrailə lənətlər yağdırdı

İstanbulun Bəyazit meydanında təşkil edilən aksiya bir neçə təşkilatın dəstəyi ilə keçirilib. Aksiya iştirakçıları "Mavi Mərmərə" şəhidlərini yad edərək "Qüds günü" haqqında məruzələr ediblər
Türkiyə Servisi/Aran Agentliyi
"Qüds günü" münasibətilə Türkiyənin bir neçə şhərində İsrailə qarşı etiraz aksiyaları keçirilib.

İslam-Azeri.az internet qəzetinin Türkiyə müxbirinin verdiyi xəbərə görə, İstanbulun Bəyazit meydanında təşkil edilən aksiya bir neçə təşkilatın dəstəyi ilə keçirilib. Aksiya iştirakçıları "Mavi Mərmərə" şəhidlərini yad edərək "Qüds günü" haqqında məruzələr ediblər.

Çox sayda etirazçının iştirakı ilə keçirilən mitinqdə İsrail və ABŞ əleyhinə şüarlar səsləndirilib.

Tədbirin təşkilat komitəsi bəyanatında İsrailin cinayətlərini sərt şəkildə pisləməklə yanaşı İmam Xomeyni tərəfindən təsis edilən "Qüds günü"nün müqavimət və İslam qardaşlığının simvolu olduğunu vurğulayıb.

Aksiya iştirakçıları sonda İsrail bayrağı və liderlərinin müqəvvalarını yandırıblar.
 
 
  • Yazılıb
  • da (də) 2010 Sep 04