Tarix : 2010 Sep 04
Kod 18852

Islam partiyası bəyanat verdi

Mövsüm Səmədovun həbsini Azərbaycan ictimaiyyətinə qarşı təhqirdir
Azərbaycan Servisi/Aran Agentliyi

 

Xəbər verdiyimiz kimi dünən Beynəlxalq Qüds günü münasibətilə İsrailin Azərbaycandakı səfirliyi qarşısında dinc aksiya keçirilib. Aksiya dinc şəraitdə başa çatsa da, sonradan Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının kobud müdaxiləsi ilə aksiya iştirakçıları maşınlara doldurularaq 26 və 27-ci polis şöbələrinə aparılıb.
Daha sonra saxlanılanlardan bəziləri azad edilsə də, 8 nəfər 8-15 günlüyünə azadlıqdan məhrum ediliblər. Həbs cəzası alanlar arasında Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov da olub.
Bununla əlaqədar bu gün AİP bəyanat yayıb. Bəyanatda deyilir:
“Bildiyimiz kimi, 62 ildir qəsbkar İsrail rejiminin işğalı altında olan müqəddəs Qüds şəhəri, müsəlmanların ilk qibləgahı olub və hazırda Məkkədən sonra ikinci müqəddəs şəhərdir.
İsrailin 60 ildir davam edən işğalçılıq siyasəti beynəlxalq sionizmin sifarişini yerinə yetirən ABŞ və onun müttəfiqləri tərəfindən daima ərəb və yəhudi millətinin mübahisəsi kimi qələmə verilib. Lakin 1979-cu ildən bu problem beynəlxalq səviyyəyə qaldırılıb və hər il Ramazan ayının sonuncu cümə günü - “Qüds günü“ elan olunub. Yəni, dünya müsəlmanları məzlumlara dəstək verməklə zalımların qarşısında durmağı özlərinə borc bilib.
Həmin günü eyni zamanda zalım qüdrətlərə nifrət günü adlanır.
Azərbaycanın da 20% torpaqları erməni qəsbkarları tərəfindən işğal olunub. Və biz Qarabağa təcavüzü Qüdsün işğalının davamı kimi qiymətləndiririk.
Sözügedən zülmlərə və işğallara etiraz əlaməti olaraq sentyabrın 3-də bir qrup ictimaiyyət nümayəndəsi qəsbkar İsrail rejiminin Azərbaycandakı səfirliyi qarşısında etiraz piketi keçirib.
Dinc şəkildə başa çatan aksiyaya, Yasamal rayon polis əməkdaşları tərəfindən müdaxilə edilib. İştirakçılara zor tətbiq olunaraq. 25 nəfəri Yasamal rayon polis şöbəsinə aparılıb.
Nəticədə 8 nəfərə 8-15 gün inzibati cəza verilib.
8 gün həbs cəzası alanlar arasında Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov da var.
Biz Azərbaycan İslam Partiyası olaraq, Mövsüm Səmədovun həbsini Azərbaycan ictimaiyyətinə qarşı təhqir hesab edirik.
Bakı şəhəri Yasamal rayon Məhkəməsinin çıxardığı qərarın heç bir hüquq prinsiplərinə söykənmədiyini nəzərə alaraq, partiyamızın sədrinin və onunla birgə həbsdə olan digər şəxslərin dərhal azadlığa buraxılmasını tələb edirik.”
 
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Sep 04