Tarix : 2010 Sep 05
Kod 18868

''Peyğəmbər(s) əfəndimiz təravih qılmayıb''

Türkiyəli İlahiyyatçı Prof. Dr. Əbdüləziz Bayındır 14 əsrə yaxın tarixi olan bir ənənəni bidət adlandırıb
Beynalxalq Servisi/Aran Agentliyi
Türkiyəli İlahiyyatçı Prof. Dr. Əbdüləziz Bayındır 14 əsrə yaxın tarixi olan bir ənənəni bidət adlandırıb.

Ramazan gecələrində təravih namazının ibadətdə yeri yoxdurmu?
Hz. Məhəmməd(s) peyğəmbərin təravih namazı qılmadığını deyən hənəfi əqidəsinə mənsub İstanbul Universiteti İlahiyyat Fakültəsi müəllimi Prof. Dr. Əbdüləziz Bayındır Türkiyədə gündəmdən düşmür.

"Habertürk" kanalında şənbə gecələri yayımlanan, jurnalist-yazar Murad Bardakçının müəllifi və aparıcısı olduğu "Tarihin Arka Odası" proqramında qonaq olan ilahiyyatçı Əbdüləziz Bayındır ölkə dindarlarının təəccübünə səbəb olub.: "Mən peyğəmbərimiz nə etdisə onu edirəm və təravih namazı qılmıram."

ilahiyyatçı Əbdüləziz Bayındır verilən suallara belə cavab verib:

Murat Bardakçı: " İzləyicilərimiz təravih namazı varmı? deyirlər"
Əbdüləziz Bayındır: "Təravih namazı xəlifə Ömərdən sonra qılınıb. Peyğəmbər(s) əfəndimiz təravih qılmayıb."

Murat Bardakçı" "Yəni sünnə də deyil. Bəs ənənədirmi?"
Əbdüləziz Bayındır: " Dediyim kimi, Peyğəmbərimiz(s) belə bir ibadət etməyib. Peyğəmbərimiz(s) ilin hər günü gecə 11 rükət teheccüt namazı qılardı. Ramazanda isə fərqli bir namaz qılmayıb."

Mustafa İldırım adlı bir tamaşaçının: "Əbdüləziz müəllim, yəni siz təravih qılmırsınızmı?" sualına isə Əbdüləziz Bayındır "Mən təravih qılmıram! Çünki peyğəmbər əfəndiimiz(s) də qılmayıb. Amma teheccüt(hacət) namazı qılıram. Peyğəmbər əfəndimizin etdiyi kimi edirəm. Peyğəmbərim nə etmişsə mən onu edirəm."
İslam-Azeri.az
 
 
  • Yazılıb
  • da (də) 2010 Sep 05