Tarix : 2010 Sep 06
Kod 18887

Nazir oğlu qumarda külli miqdarda pul uduzdu

Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun qalmaqal yaratmağı sevən oğlu Anar Məmmədov haqqında mətbuatda yayılan xəbərlərin biri unudulmamış, yenisi peyda olur
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Pia.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun qalmaqal yaratmağı sevən oğlu Anar Məmmədov haqqında mətbuatda yayılan xəbərlərin biri unudulmamış, yenisi peyda olur. Belə ki, PİA-nın qeyd etdiyi kimi, etibarlılığına şübhə etmədikləri mənbədən yeni məlumatlar daxil olub ki, nazir oğlu Anar Məmmədov ötən həftənin cümə axşamı və cümə günlərində “AST” Telmanın oğulları ilə birgə Rusiyanın paytaxtı Moskvada “STARIY ARBAT – 47” ünvanında yerləşən “VULKAN” kazinosunda külli miqdarda pul uduzub. Bu barədə PİA-nı məlumatlandıran şəxsin sözlərinə görə, bunu həmin kazinoda işləyən azərbaycanlılardan biri deyib. Mənbənin sözlərinə görə, Telman İsmayılovun oğulları ilə birgə kazinoda ruletka masasından durmayan Anar Məmmədov iki gecə içində 100 min dollara qədər pul uduzub.
Mənbəmiz deyir ki, ilk gün kazinodan uduşlu çıxan Nəqliyyat nazirinin oğlu yenə udmaq üçün gəldiyi cümə günündə cibindəki nəğd pulların hamısın uduzduqdan sonra belə, oyuna davam edib və nəticədə Telman İsmayılovun oğullarının pullarını da uduzub. Məlumatlı şəxs deyir ki, bunun ardınca Anar Məmmədov elə kazinoda yerləşən bankomatdan pul çəkərək oyunu davam etdirib. Səhər saat 4-5 radələrinə qədər davam edən qumar keyfindən sonra Anar Məmmədov və AST Telmanın oğulları kazinonu tərk ediblər.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan KİV-lərində Anar Məmmədovun 1 milyon manata ayı kəsdirib, kababını yediyi haqda məlumatlar yayılmışdı.
 
 
“Aran” İA
 
 
 
 
 
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Sep 06