Rusiyanın “İnterfaks” agentliyi xəbər verir ki, Qızlar-Qarabağlı dəmiryolundakı yük qatarının partlamasına görə, 4 qatar saxlanılıb, onlardan ikisi sərnişin qatarıdır
  Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, Azərbaycana Rusiya ərazisindən taxıl daşıyan yük qatarı partladılıb.
 Rusiyanın “İnterfaks” agentliyi xəbər verir ki, Qızlar-Qarabağlı dəmiryolundakı yük qatarının partlamasına görə, 4 qatar saxlanılıb, onlardan ikisi sərnişin qatarıdır. 
 Günorta saatlarında baş verən partlayış nəticəsində yük qatarının 5 vaqonu relsdən çıxıb və lokomotiv möhkəm əzilib. Bildirilir ki, hadisə nəticəsində ölən və yaralanan yoxdur.
 Partlayışa görə iki yük qatarının, həmçinin Bakı-Tümen və Bakı-Moskva sərnişin qatarlarının hərəkəti də dayandırılıb.
 Agentliyin məlumatına görə, yük qatarı Həştərxandan Azərbaycana taxıl aparırmış. 
  
 “Aran” İA