Tarix : 2010 Sep 07
Kod 18901

AZƏRBAYCANDA SOSİAL GÜZƏŞTLƏR

"Media forum" saytı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi rəsmi məlumatlara əsaslanaraq Azərbaycanda sosial güzəştlərin siyahısını oxucuların diqqətinə çatdırır
Azərbaycan Servisi/Aran Agentliyi
Sosial müavinətlərin növləri
Yaşa görə müavinət - 45 manat
Dövlət qulluqçularına ömürlük müavinət - dövlət məvacibinin 15 %-i
Əlilliyə görə müavinət - əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə I qrup əlillərə 50 manat, II qrup əlillərə 35 manat, III qrup əlillərə 30 manat, əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə I qrup əlillərə 75 manat, II qrup əlillərə 60 manat, III qrup əlillərə 55 manat, əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə I qrup əlillərə 70 manat, II qrup əlillərə 60 manat, III qrup əlillərə 45 manat

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 50 manat
Ailə başçısını itirməyə görə müavinət - 40 manat
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət -
a) peşə əmək qabiliyyəti 29%-dək itirildikdə 30 manat
b) peşə əmək qabiliyyəti 30%-dən 59%-dək itirildikdə 40 manat
c) peşə əmək qabiliyyəti 60%-dən 79%-dək itirildikdə 50 manat
d) peşə əmək qabiliyyəti 80% və daha çox itirildikdə 60 manat
e) həlak olduqda 70 manat
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - 40 manat
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - 25 manat
Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - 20 manat
Müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına müavinət - 5 manat
Şəhid uşaqlarına müavinət - 10 manat
Uşaq doğularkən birdəfəlik müavinət - 75 manat
Dəfn üçün birdəfəlik müavinət - 100 manat
Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərə (uşaqlar daxil olmaqla) hər il müalicə üçün müavinət (birdəfəlik müavinət) - 150 manat
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik müavinət - ölkə üzrə minimum əmək haqqının dörd misli (340 manat).
Təqaüdlərin növləri
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası prezidentinin təqaüdü - 600 manat
20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdü - 300 manat
Şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdü - 100 manat
Fəxri adlara görə Azərbaycan Respublikası prezidentinin təqaüdü
a) “xalq” fəxri adı olanlara təqaüd - 50 manat
b) “əməkdar” fəxri adı olanlara təqaüd - 30 manat
c) Naxçıvan MR Ali Məclisi sədrinin sərəncamı ilə verilən fəxri adlara görə təqaüdün məbləği - 14 manat
Müharibə əlillərinə Azərbaycan Respublikası prezidentinin təqaüdü
I qrup əlillərə - 90 manat
II qrup əlillərə - 70 manat

III qrup əlillərə - 50 manat.

  • Yazılıb
  • da (də) 2010 Sep 07