Tarix : 2010 Sep 08
Kod 18908

İranlı general: ''Artıq C-300-lərə ehtiyacımız yoxdur!''

general Əhməd Mikani İranın yaxın zamanlarda tam olaraq öz Havadan Müdafiə sisteminə yiyələnəcəyini və artıq xaricdən bu tipli silahlara ehtiyac olmayacağını bəyan edib
İİR servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin FARS agentliyinə istinadən verdiyi məlumata görə, general Əhməd Mikani İranın yaxın zamanlarda tam olaraq öz Havadan Müdafiə sisteminə yiyələnəcəyini və artıq xaricdən bu tipli silahlara ehtiyac olmayacağını bəyan edib.
Agentliyə müsahibəsində İranın “Xatəmül-ənbiya” adlı ən böyük havadan müdafiə bazasının komandiri, briqada generalı Mikani qeyd edib ki, əvvəllər İrana məxsus bu qəbildən olan qurğular raketləri aşkarlamaq və izləmək qabiliyyətinə malik idisə, müasir qurğular həm də onları məhv etməyə qadirdirlər.
General vurğulayıb ki, artıq ölkəsinin xaricdən belə silahları almasına ehtiyacı yoxdur. Fars İnformasiya Agentliyi bu xəbəri yayarkən qeyd edib ki, general Mikani bunu Rusiyanın C-300 kompleksini İrana satmaqdan yayınmasıyla bağlı suala cavab verərkən söyləyib.
Agentlik bildirir ki, artıq cari ilin may ayından İran hərbi sənayesi ölkəni qanadlı raketlərdən müdafiə etmək üçün havadan müdafiə sistemi istehsalına başlayıb.
 
“Aran” İA
 
  • Yazılıb
  • da (də) 2010 Sep 08