aksiyaçıları dağıtmağa çalışan polislərlə yerli sakinlər arasında qarşıdurma olub
Azərbaycan Servisi/Aran agentliyi
Arannews agentliyinin verdiyi məlumata görə - dünən Lənkəranda, Qüds günü dinc aksiyalar zamanı saxlanılmış Azərbaycan İslam Partiyasının lideri Hacı Mövsüm Səmədov və digər dindarların həbsinə görə keçirilən etiraz aksiyası və bir neçə gün öncə Lənkəran məscidlərinin birində Qüds gününün keçirilməməsi ilə əlaqədar yardılmış təxribatda həbs edilmiş Qismət İsayevi qarşılamaq mərasimi kütləvi toqquşmayla nəticələnib.
Lənkərandan saytımıza verilən məlumata görə, aksiyaçıları dağıtmağa çalışan polislərlə yerli sakinlər arasında qarşıdurma olub. Hadisə yerinə xüsusi təyinatlı dəstələr köməyə çağırılıb. Toqquşma zamanı bir neçə dindar ciddi bədən xəsarətləri alıb. Xüsusi təyinatlı dəstələr sakinlərə qarşı gözyaşardıcı qaz bombalarından istifadə edib, odlu silahlardan atəş açıb. Polislər 40-dan çox aksiyaçını saxlayıb.