Tarix : 2010 Sep 08
Kod 18922

ABŞ rəsmisi Bakıda müxalifət liderlərilə görüşüb

Bakıda səfərdə olan ABŞ dövlət katibi müavinin Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydanau bu gün ...
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Bakıda səfərdə olan ABŞ dövlət katibi müavinin Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydanau bu gün Ümid Partiyasının sədri İqbal Ağazadə, Müsavat Partiyasının başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə görüşüb.
İqbal Ağazadə Lent.az-a açıqlamasında deyib ki, görüşdə Azərbaycanda seçki öncəsi vəziyyət, seçki ilə bağlı qanunvericilik prinsiplərinin yerinə yetirilməsi, ayrı-ayrı qanunların icrası, psixoloji durum, siyasi partiyaların vəziyyəti, namizədlərə bərabər şəraitin yaradılması, ölkəmizdəki ictimai-siyasi proseslər müzakirə olunub.
Eyni zamanda Cənubi Qafqaz regionu və regionun təhlükəsizliyi, bundan sonra Azərbaycanın və regionun digər ölkələrinin tutacağı yol da müzakirə edilib: “Daha çox noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkiləri və parlament seçkilərində müxalifətin ümumi mövqeyi barədə müzakirələr aparıldı. Tina Kaydanaunu maraqlandıran suallar da oldu. Bu ətrafda bir neçə saatlıq görüşümüz oldu”.
Qeyd edək ki, ABŞ Azərbaycan Respublikasında siyasi proseslərə açıq və çəkinmədən müdaxilə edən yeganə dövlətdir və Azərbaycanın daxili işlərinə belə açıq müdaxilələr artıq bir normativə çevrilib.
 
“Aran” İA
 
  • Yazılıb
  • da (də) 2010 Sep 08