Rusıya Servisi/Aran Agentliyi
Rusiya və Ermənistanın müştərək Gümrü bazasından istifadə barədə yeni müqaviləsinə Azərbaycan Respublikası münasibət bildirərkən qeyd edib ki, Rusiya öz öhdəliklərinə əməl edərək bu bazanın Azərbaycan əleyhinə istifadə olunmayacağına ümidvardır. Amma bu ölkənin bəzi KİV-nin fikrincə Rusiya bu addımla Qarabağ münaqişəsində Ermənistanı açıq-aşkar müdafiə etdiyini bildirmişdir.
Gümrü bazasından istifadə haqqında yeni müqavilə Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedyev və Serj Sarkisyanın iştirakı ilə iki ölkənin müdafiə nazirləri vasitəsilə İrəvanda imzalandı.
Müqaviləyə əsasən, Rusiyanın Gümrü bazasından istifadə müddəti 25 ildən 49 ilə qədər, yəni 2044-cü ilə qədər uzadılıb. Bundan əlavə bu bazanın imkanları Rusiya tərəfindən təchiz və yenilənmədən sonra Moskvanın hədəflərini təmin etməklə yanaşı Ermənistanın təhlükəsizliyində də istifadə olunacaq.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məruzəçisi Elxan Poluxov dünən müqavilənin imzalanmasından sonra dedi: “Rusiya 2006-cı ildə Gürcüstanın Axalkalaki və Batumidəki bazalarını ləğv edərək bu bazaların təchizatını Ermənistanın Gümrü bazasına yerləşdirərkən öhdəlik götürüb ki, bu bazanın imkanlarından Azərbaycana qarşı istifadə etməsin.
O vurğulayıb ki, hazırda Rusiya bu mövzuda öhdəsinə götürdüyü məsuliyyətlərə əməl etməlidir.
Azərbaycan Respublikasının mediası dünəndən Rusiyanın bu müqaviləni imzalamasına münasibət bildirərkən qeyd edib ki, Rusiya bu addımı atmaqla Minsk qrupundakı vasitəçilik rolundan çıxmış və qarşıdurmanın bir tərəfi olan Ermənistanın hamisinə çevrilmiş , digər tərəfi olan Azərbaycanla üz-üzə dayanmışdır.
Bu arada Rusiya mənbələri və ekspertlərin fikrincə Gümrü bazasından istifadə müddətinin uzadılmasının Azərbaycan Respublikasına qarşı təhlükəsi yoxdur və bu, Rusiya, onun Cənubi Qafqazdakı əməkdaşları ilə qarşılıqlı mənafeyini təmin etmək üçündür. Lakin Azərbaycan Respublikası mediası və ekspertləri əks mövqe tutaraq bu fikirdədirlər ki, bu addım Rusiyanın Ermənistanın tərəfində olmasına aşkar sübutdur.
Bakının “Ekspress” qəzeti Medvedyevin Ermənistan prezidenti ilə birgə mətbuat konfransındakı sözlərinə işarə edərək yazıb: “Medvedyev “2008-ci ildə Cənubi Osetiyadakı hadisələrə oxşar vəziyyət Qarabağda təkrarlanarsa Rusiya hansı reaksiyanı verəcək” sualına cavabda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsini önə çəkdi.”
O əlavə etdi: “Biz 2008-ci ildə çətin dövr yaşadıq və belə hadisələr təkrarlanmamalıdır.”
2008-ci ildə Gürcüstan ordusu müstəqillik istəyənləri susdurmaq üçün Cənubi Osetiyaya daxil olarkən Rusiya hərbi müdaxilə etdi və Gürcüstan qüvvələrini geriyə oturtdu, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanıdı. Bunun ardınca Moskva və Tiflis arasındakı münasibətlər pozuldu. Hazırda iki tərəf arasında atəşkəs rejimi bərpa edilib.
Rusiya prezidenti sözlərinin ardında Rusiyanın güclü iqtisadi və hərbi imkanlara malik olduğunu bildirərək dedi: Bizim hədəfimiz Qafqaz regionunda sülhü qorumaqdır.
O təkidlə bildirdi ki, Moskva və Ermənistan strateji əməkdaşlıq müqaviləsinə malikdirlər və eyni halda müttəfiqdirlər. Bunlardan əlavə Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bu müqavilənin digər üzvü olan Ermənistan qarşısında məsuliyyət daşıyır.
Ekspress qəzeti Medvedyevin sözlərinə işarə edərək bildirib: Deyilənlərin mənası budur ki, əgər Azərbaycan Respublikası Qarabağ münaqişəsinə hərbi müdaxilə edərsə, Rusiya Ermənistanın təhlükəsizliyini təmin etmək üçün öz imkanlarından istifadə edəcəkdir. Qəzet əlavə edir: Ekspertlərin fikrincə Azərbaycan Respublikasının bu barədə istənilən cəhdi zamanı Rusiya rəsmi olaraq müharibəyə müdaxilə edəcək.
Qəzetin yazdığına görə, Rusiya prezidenti deyib: “Belə bir halın baş verəcəyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sakit qalmayacaq. Çünki regionun sabitliyi Rusiya üçün çox mühümdür.”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə Ermənistan, Rusiya, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Belarusiya və Özbəkistan tərəfindən Daşkənd şəhərində təsis edilib. 2000-ci ildə bu təşkilatın rəhbərləri təşkilata üzv ölkələr arasında siyasi və hərbi əməkdaşlıq barədə bir anlaşma imzaladılar və bu anlaşmamaya əsasən, onlar arasında silah ticarəti və təchizatında da əməkdaşlıq davam edir.
Bu qəzet Moskva Dövlət Universiteti nəzdində müştərək mənafeli ölkələr üzrə araşdırmalar mərkəzinin eksperti Aleksey Vlasova istinadən yazır: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə əsasən, bu təşkilatın qərarları toplantı əsasında qəbul edilir və təşkilatın Qarabağ kimi münaqişələrə müdaxilə etməsi mümkünsüzdür. Çünki belə vəziyyətdə Qazaxıstan və Belarusiya kimi ölkələrin müharibəyə qoşulmasına səbəb yoxdur. Buna baxmayaraq, Rusiya bu məsələni önə çəkməklə sözügedən təşkilat çərçivəsində də Ermənistanın ikitərəfli müdafiəsini xatırladır və bəzən Qarabağ münaqişəsini hərbi yolla həll etmək və işğal olunmuş əraziləri geri qaytarmaq iddiası edən Azərbaycana xəbərdarlıq edir.
Ekspert qəzetinə görə, Medvedyevin çıxışı Rusiyanın Ermənistanın Qarabağ məsələsində tutduğu mövqeyi müdafiə etdiyini göstərir.
Keçən həftə Ermənistan parlamentinin iqtidar partiyasından olan deputatı Eduard Şamazanov belə demişdi: “Rusiya Ermənistanla yeni müqavilə bağlamaqla regionda güc tarazlığı yaratmaq məqsədi. Bu yolla Qarabağ münaqişəsinin hərbi yolla həllinə mane olsun”.
O əlavə etmişdir: Bu addım həm də Azərbaycan Respublikasının hərbi gücünü və büdcəsini artırmaq müqabilində verilmiş bir cavabdır.
Azərbaycan dövləti keçən ay cari ilin büdcəsinə yenidən baxarkən ölkənin hərbi büdcəsini iki milyard dollardan da artıq təyin etmişdir. Bunun ardınca Azərbaycan Respublikasının prezidenti İlham Əliyev demişdir: “Ölkənin hərbi büdcəsini və ordunun döyüş qabiliyyətini artırmaq müharibə şəraitində olduğumuza görə çox vacibdir. Buna görə Azərbaycanın yalnız hərbi büdcəsi Ermənistanın bütün büdcəsindən artıqdır.”
Bakıda çap olunan “Yeni müsavat” qəzeti də şənbə günü işıq üzü görən sayında “Rusiya Ermənistanı tam qorumağı öhdəsinə götürüb” başlığı altında yazır: Rusiya prezidentinin İrəvana səfəri zamanı Gümrü bazasından istifadə barədə iki dövlətin müdafiə naziri vasitəsilə yeni müqavilənin imzalanması ilə yanaşı hərbi təchizat və silahların qorunması haqqında da müqavilə imzalayaraq Ermənistanda bu məqsədlə ixtisaslaşmış mərkəz yaratmaq barədə razılığa gəliblər.
Bu qəzet yeni Moskva-İrəvan müqaviləsini Cənubi Qafqaz regionu üçün təhlükə adlandıraraq yazıb: Bu mövzu Rusiyanın Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsinin həlli yolunda vasitəçilik missiyası həyata keçirdiyi üçün daha artıq əhəmiyyət kəsb edir.
Qəzetə görə Rusiya vasitəçilik missiyasında belə bir mövqeyə malik olduğu halda münaqişənin bir tərəfilə hər növ hərbi əməkdaşlığı minimuma endirmək əvəzinə münaqişə meydanına daxil olur və müharibə şəraitində olan bir tərəflə özünün hərbi əməkdaşlığını inkişaf etdirir.
Bu qəzet müxalifətdə olan Müsavat partiyasının lideri İsa Qənbərə istinadən yazıb: Rusiyanın Ermənistanla əməkdaşlığı genişləndirmə barədə yeni mövqeyi regiondakı böhranı daha da şiddətləndirəcək və bu vəziyyətdə Azərbaycan dövləti daha ciddi addımlar barədə düşünməlidir.
O, Azərbaycan Respublikasının Avro-atlantik məkana inteqrasiyasını daha da sürətləndirməsini və NATO-ya üzv olmaq üçün daha ciddi və rəsmi cəhd etməsini Azərbaycan dövlətinə çıxış yolu kimi təklif etdikdən sonra bunları əlavə etdi: Bu addımlarla yanaşı Azərbaycan dövləti Türkiyə ilə strateji əməkdaşlıqa daha ciddi və real yanaşmalıdır.
Türkiyə və Azərbaycan ötən həftə Abdullah Gülün Bakıya səfəri zamanı qarşılıqlı əməkdaşlıq və yardım barədə müqavilə imzalamışlar ki, ekspertlərin fikrincə bu addım Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı artırmasına adekvat addımdır.
Azərbaycan Respublikasının bəzi media mənbələri bir müddət öncə gündəmə gəlmiş Türkiyənin Azərbaycanda, xüsusilə də Naxçıvanda hərbi baza yaratması mövzusuna yenidən qayıdaraq bu fikri irəli sürmüşlər ki, hazırda bu məsələ daha ciddi şəkildə araşdırılmalı, hətta icra edilməlidir.
Azərbaycan Respublikasının siyasi politoloqu Vəfa Quluzadə bu fikirdədir ki, Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı inkişaf etdirməkdə hədəfi Cənubi Qafqazdakı varlığını və imkanlarını gücləndirməkdir.
Onun fikrincə, Rusiya bu addımı atmaqla ABŞ və NATO-ya xəbərdarlıq edir ki, Qafqaz onun nüfuz dairəsindədir və region Moskvanın diqqət mərkəzindədir.
V. Quluzadə Rusiyanın Abxaziya və Cənubi Osetiyada S-300 raket əleyhinə müdafiə qurğuları yerləşdirməsini də Rusiyanın bu məqsədi çərçivəsində dəyərləndirdi.
Onun sözlərinə görə, Rusiya özünün qədim və ənənəvi siyasətləri çərçivəsində Cənubi Qafqazı öz təsir dairəsində saxlamağa çalışır. Bunun üçün Ermənistanda öz nüfuzunu artırır ki, bu vasitə ilə Gürcüstan və Azərbaycanı Moskvaya tabe etməyə müvəffəq olsun.
Bu ekspertin fikrincə hazırda Azərbaycanda hakimiyyətdə olan bəzi siyasətçilər belə düşünürdülər ki, Rusiyanın diqqətini Bakıya yönəltməklə Qarabağ münaqişəsinin həllində və işğal edilmiş ərazilərin qaytarılmasında Moskvanın mövqeyindən istifadə edə bilərlər. Lakin son hadisələrdən sonra bu xeyirxah ideya puç olmuşdur və Rusiya Ermənistanı Azərbaycandan üstün saydığını ortaya qoymuşdur.
Bu siyasətçinin fikrincə, əgər Rusiya hazırkı vəziyyətində qalsa və daxildən parçalanmasa, Qarabağ münaqişəsi də Ermənistan-Rusiya müqaviləsi 2044-cü ilədə başa çatanadək hazırkı vəziyyətində qalacaq.