Tarix : 2010 Sep 10
Kod 18930

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini qadın təyin edilib

İlk dəfə bu vəzifəni xanım icra edəcək
Azərbaycan Servisi/Aran Agentliyi
“Yeni Şərq”in verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə öz müavini vəzivəsinə Qəmər Cavadlını təyin edib. Q.Cavadlı bu vəzifəni daşıyacaq ilk qadındır.
Bildirilir ki, Qəmər Cavadlı 1991-1994-cü illərdə "İslam" qəzeti və "Qafqazinform" Mərkəzində çalışıb. 1995-1997-ci illərdə isə Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başqanlığının əməkdaşı olub.
Q.Cavadlı artıq 20 ilə yaxındır QMİ-də müxtəlif vəzifələrdə çalışır. Yeni vəzifədə o, ailə, qadın və uşaq, həmçinin KİV-lə iş məsələlərini əlaqələndirəcək.
 
"Yeni Şərq"
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Sep 10