Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində Xəzərdə Azərbaycan bayrağı altında üzən “PTS” tipli “Tayfun” gəmisi saxlanılıb.
Yerli “RİA-Dağıstan” agentliyinin məlumatına görə, sentyabrın 7-də saxlanılan gəminin göyərtəsində Azərbaycan vətəndaşlarından ibarət 10 nəfərlik komanda olub.
Gəminin göyərtəsinə baxış zamanı 3 ton nərə balığı və 300 kq.-dan artıq qanunsuz ovlanmış kilkə, həmçinin böyük miqdarda balıqçı toru və ləvazimatları aşkarlanıb.
Faktla bağlı təhqiqat aparılır. Bildirilir ki, yekun nəticədə balıqlar qanuna müvafiq olaraq məhv ediləcək.
“Aran” İA