Tarix : 2010 Sep 10
Kod 18933

Müqəddəs gecədə içki qurbanları

Müqəddəs Ramazan bayramı ərəfəsində spirtli işki qəbul edən tanışların qonaqlığı qanla bitib
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Müqəddəs Ramazan bayramı ərəfəsində spirtli işki qəbul edən tanışların qonaqlığı qanla bitib. Qətl hadisəsi Gəncə şəhərində törədilib. Şəhər Prokurorluğundan verilən məlumata görə, şəhər sakini 30 yaşlı Məcid Əhmədov şəxsi münasibətlər zəminində həmyerlisi 52 yaşlı Daşdəmir Seyidovu bıçaqla vuraraq öldürüb. M.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.
Hər iki şəxs bir-biri ilə tanış idilər. Hadisə baş verən gün də kafelərdən birində yeyib-içiblər. Hadisə də elə bundan sonra baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Başqa bir xəbərdə isə bildirilir ki, Bakı sakini içki içib, ölüb. Bu barədə APA-ya Nərimanov rayon Prokurorluğundan məlumat verilib. Hadisə sentyabrın 8-dən 9-a keçən gecə Nərimanov rayonu, Molla Cümə küçəsində qeydə alınıb. 54 yaşlı Malik Məcidov çoxlu miqdarda spirtli içki qəbul edib və onun vəziyyəti qəflətən pisləşib. Ailəsi tərəfindən təcilli xəstəxanaya çatdırılan M.Məcidovu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
 
“Aran” İA
 
  • Yazılıb
  • da (də) 2010 Sep 10