Azərbaycan Servisi/Aran Agentliyi
Bir mddətdir ki, şiə birliyi və onun formalaşması ABŞ, İsrail və bəzi ərəb ölkələrinin əsas kabusuna çevrilmişdir. Bu birlik və onun formalaşmasına rəğmən ABŞ və İsrail şiələrin birləşməsindən daha çox narahat olur, bu mövzunu bəhanə edib, digər ölkələri öz istismarçı mənafelərinin təmini üçün əməkdaşlığa dəvət edirlər. Bu arada Azərbaycan Respublikasını şiə geopolitologiyasında tutduğu xüsusi mövqeyə görə, ABŞ, İsrail və bəzi ərəb ölkələri orada nüfuza malik olmaq və bu ölkənin digər şiə coğrafiyası ilə birləşməsinə mane olmaq üçün əsas hədəfə çevirmişlər. Belə ki, bəzi təhlillərə görə, Azərbaycan Respublikası İraqdan sonra sözügedən mövzuda ikinci ən böyük hədəfdir.
Müqəddimə
Azərbaycan Respublikası əhalisinin 97 %-i müsəlmandır. Onların 70 %-i şiədir. Bakı İranın şimal-qərbindəki, azərilər məskunlaşmış regionları ilə əlaqə qurmaqda şiə məzhəbi üçün mühüm körpü sayılır. Bu torpağın Qacarlar dövründə İranın əsas torpaqlarından ayrılması ilə, əvvəlcə bu regionun əhalisi Çar Rusiyasının anti-İslam və xristianlıq siyasəti təzyiqinə məruz qaldılar. O dövrdə şiələrin, xüsusilə də ruhanilərin incidilməsi Çar Rusiyası imperiyası tarixinin qara səhifələrindən sayılır. Tarixin bu dövründə Azərbaycan əhalisinin müqaviməti, habelə Çar imperiyasının sünni məzhəbli Osmanlı imperiyası ilə qarşılaşmasına görə, Çar imperiyası azərbaycanlı şiələri sıxmaqdan əl çəkdi və bu şiə məzhəbinin sabit qalması ilə nəticələndi. Sonra şiə məzhəbinə ikinci zərbə kommunist rejimindən dəydi. Bu zərbə Çar imperiyasının cinayətlərindən daha möhkəm və ağır idi.
70 ildən çox hakim olmuş sosializm dövründə Azərbaycanda və SSRİ-nin digər yerlərində elə bir nəsil ərsəyə gəldi ki, din və məzhəbə qarşı daha çox yad idi. SSRİ dağıldıqdan sonra, Azərbaycan xalqı güclü nostalji hisslər şövqü ilə dini və şiə məzhəbi dəyərlərini dirçəltməyə və İranla müsbət əlaqə qurmağa başladılar. Qarabağ müharibəsinin başlaması və Qərbin bu ölkədə nüfuzunun artması səbəbilə xalq kütləsinin İranla geniş əlaqə qurmaq və birləşməsi kimi qızıl fürsətə mane oldu. Bu arada Azərbaycandakı şiəlik, şiəlyin siyasi və ictimai mərkəzindən uzaqlaşdı və bu barədə atılmış addımlar çox az oldu və nəticəsiz qaldı.
Azərbaycanda şiələr haqqında araşdırma
Son illərdə baş vermiş cəhdlərə baxmayaraq İran və Azərbaycan respublikaları arasındakı münasibətlər arzu edilən səviyyəyə, gözlənilən həddə çatmayıb. Azərbaycanlı siyasətçilərin İslam dünyasından vahimələnməsi və Qərbin qeyri-həqiqi sekulyar fəzasına ümidvar olması nəticəsində Azərbaycan Respublikasındakı antidin siyasətləri bu ölkədəki şiə məzhəbini olduqca çox təzyiqə məruz qoymuşdur. Azərbaycan Respublikasının Qərb və Türkiyə ilə geniş münasibətindən qaynaqlanan sekulyar siyasi təfəkkürün rəvacı bir növ İordaniya, Səudiyyə Ərəbistanı, Pakistan və BƏƏ kimi sünni məzhəbli ölkələrə doğru meyllənmə də Azərbaycan Respublikasının xarici siyasətində müşahidə olunur. Bu ölkələrin sünni məzhəbli olmasından əlavə, onların digər ortaq bir cəhəti budur ki, onlar Qərb və ABŞ-a doğru siyasi kurs götürmüşlər.
Azərbaycan Respublikasının İran, Türkiyə və Suriya kimi regionda iranyönlü siyasət yürüdən ölkələrlə diqqətə layiq münasibətinin olmasına baxmayaraq, rəsmi Bakının ABŞ-ın himayəsilə sünni məzhəbli müsəlman ölkələrilə əlaqələrini genişləndirməsi, habelə Bakının Tel-Əvivlə münasibətlərinin yaxınlaşması bu fərziyyəni gücləndirir ki, Qərb, İsrail və sünni məzhəbli İslam ölkələri şiə və strateji əhəmmiyyətli Qafqaz regionunda nüfuz və ictimai-siyasi mövqe ardıncadırlar.
Qərbin, xüsusilə də ABŞ və İsrailin şiə məzhəbindən narahat olmasının əsas səbəbi İran və Livandakı hərəkatlar, İraqda yeni ərsəyə gəlmiş şiə hərəkatına görədir. Bu da sünni məzhəbindən qorxudan daha çoxdur. Sünni aləmi ya Misir, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ kimi ABŞ-la birbaşa və İsraillə dolayısı ilə əlaqədə olan ölkələrdən, yaxud da hazırkı Türkiyə kimi siyasi İslamın yeni mötədil formalı quruluşlarından ibarətdir. Bu Qərbdən müstəqil yol tutmaqla, mühüm arenalarda nəinki Qərb proqramları ilə ziddiyyət təşkil etmir, hətta İslamın ifrat baxışlarının mötədil olmasına da səbəb olur. Bu üzdən ABŞ və İsrail İslam dünyasındakı sünni siyasi rejimlərini gücləndirməklə məşğuldurlar və hətta bu yolla şiə dövlətləri və qruplaşmalarını zəiflətməyə cəhd edirlər.
Lakin ABŞ və İsraili öncəkindən daha çox narahat edən regiondakı şiə və sünni rejimlərinin bir-birilə yaxınlaşmasıdır. Qərb və bəzi Ərəb Ölkələri şiə birliyinin təhlükələrini önə çəkməklə onunla mübarizə aparırlar və bundan əlavə sünni aləmində antişiə meylləri gücləndirməklə siyasi şiə coğrafiyasının parçalanmasına da çalışırlar. Bu arada Azərbaycan Respublikası şiə geopoltologiyasında tutduğu xüsusi mövqeyə görə, həmişə bu iki ölkənin diqqət mərkəzindədir. Azərbaycan Respublikası İran və Rusiya ilə həmsərhəd olmasına, Xəzər dənizi ətrafında xüsusi çəkiyə və zəngin hidro-karbonat yataqlarına sahib olduğu üçün Vaşinqton və Tel-Əviv üçün yaxşı hədəf sayılır. Bəlkə Azərbaycanın bu sahədə İraqdan sonra ən mühüm ikinci hədəf sayıldığını demək mümkündür. ABŞ və onun müttəfiqlərinin şiə geopolitologiyasında Azərbaycan Respublikası üçün mühüm sayılan siyasi mərkəzləşmələrlə mübarizə aparmaq üçün aşağıdakı siyasəti izləyirlər:
- Antiiran siyasətinə və regionda siyasi İslam, dini dövlətdən qorxuya rəvac vermək
- Müxtəlif ölkələrin şiələri arasında tayfa və millət ixtilafları yaratmağa rəvac vermək və şiə ümməti arasında fars şiələri, türk şiələri və ərəb şiələri milli şiəlik kimliyi yaratmağa zəmin hazırlamaq
- Şiə ölkələrində sekulyar siyasi rejimlər yaratmaq
- Şiə ictimaiyyətinin İslam inanclarını zəiflətmək üçün Soros kimi QHT-lər vasitəsilə missioner fəaliyyəti göstərmək. Bu fəaliyyətlərin əksəriyyəti peşə və elm təhsili ilə yanaşı baş verir.
- Sünni məzhəbli ölkələrin təsiri. Bu ölkələrin bəzisi, misal üçün ərəb ölkələri bu ölkədə məzhəbi nüfuza malik olmaq istəyirlər.
Deyilənlərə əsasən, Azərbaycan Respublikasında şiəlik üçün münasib şərait olmasına baxmayaraq bu məzhəb ölkənin ictimai-siyasi arenasında söz sahibi olmayıb və hazırda aşağıdakı amillər tərəfindən təzyiqə məruz qalır:
- Ölkədəki ictimaiyyətə, dini azadlığa çoxlu məhdudiyyət yaradan qeyri-dini və totalitar siyasi rejim.
- Bir tərəfdən Türkiyənin laik və kamalçı xarici nümunəsinin yayılması, digər tərəfdən isə orta yol tutan sünni məzhəbi təlimlərilə İslama gəlmək. Demək lazımdır ki, Türkiyədə heç vaxt İslama qayıdış və şiəliyə qayıdış bir-birilə birləşməyib. Türkiyə şiələri (ələvilər) adətən laizmin tərəfdarıdırlar və onların dini inanclarının əksəriyyəti təriqət yönlü formadadır. Hazırkı Türkiyə dövlətinin siyasəti cəmiyyətdə şiə-sünni vəhdətinə yönlü sayılsa da, indiyədək bu barədə böyük boşluq var.
- Kommunizmin hakim olduğu, boşluqlar yaratdığı və yenidən formalaşmaqda olan Azərbaycan cəmiyyətinə əsas təsirlərdən biri də Qərb mədəniyyətidir.
- İrana qarşı səhv və həll olunmamış təfəkkür, bu baxışın hazırda köklü ictimai və mədəni cərəyana çevrilməsi, belə davam edəcəyi halda Arazın o tayındakı azərilərin şiəliyin əsas mərkəzi sayılan İranla gündən günə daha da yadlaşmasına səbəb olacaqdır.
Dəyərləndirmə və nəticə
Şiə geopolitologiyasını Pakistandan Aralıq dənizinə və Qafqaz dağlarından Fars körfəzinədək coğrafi genişlikdə olmasına görə yeni yaranmış və 21-ci əsrə məxsus gepolitologiya adlandırmaq olar. Bu da dünyanın bəzi regionlarında, xüsusilə də Yaxın Şərq, Cənubi Qafqaz və Aralıq dənizi boyunca köklü dəyişikliklərə səbəb ola bilər. Bu dəyişikliklər regiondakı fiqurlara böyük fürsətlər verir. İran İslam Respublikası bu fürsətlərdən düzgün və yerində istifadə edə bilər. Amma şiə geopolitologiyasının yaranmasında əsas potensial qüvvə sayılan Azərbaycan Respublikası hazırkı gedişlə şiə aləminin güclənməsi və artması əvəzinə regionda şiə və İslam vəhdəti hərəkatının zəifləməsinə bais olacaqdır. Bu arada Qarabağ münaqişəsi rəsmi Bakının qərar qəbul etməsində əsas açar rolunu oynayır. Amerikalılar bu açardan dəqiq istifadə etməklə, strateji müttəfiqliyin bünövrəsini qoymağa çalışırlar. Hazırda Qərbin verdiyi vədələrin puç olması və azərbaycanlıların Qərb aləmindən ümidlərinin qırılması ilə Azərbaycan-Qərb münasibətlərində soyuqluq müşahidə olunur. Bu digər fiqurlara bu zəngin şiə ölkəsində öz nüfuzlarını genişləndirməyə və möhkəmləndirməyə şərait yaradır.
Faktlar göstərir ki, Rusiya bu mövzuda təsirli addımlar atmışdır. Amma İran tərəfindən faydalı bir addım görünməmişdir. Bu məqama diqqət yetirilməlidir ki, Azərbaycan Respublikası elə bir mövqedə yerləşir ki, İran kimi bir ölkə üçün neytral vəziyyətdə qala bilməz. İran iki seçimdən birini etməlidir; Ya Qərblə geniş münasibətləri olmasına baxmayaraq Azərbaycanı özünə tərəf cəlb etməlidir, yaxud bu ölkəni Qərbin siyasi, antiiran planları arasında boş buraxmalıdır. Bu barədə iki ölkə arasındakı rəsmi münasibət və əlaqələrdən əlavə, mədəni QHT-lər və medianın da rolu çox mühümdür. Sonuncu indiyədək iki ölkənin yaxınlaşması barədə mənfi əməl etmişdir. Hər iki ölkənin mediası iki ölkə ictimaiyyəti haqqında müvafiq təriflər verməlidirlər. İran mediası bu ölkəni müstəqil, hakimiyyət hüququ olan, ərazi bütövlüyü və onun rəsmi adı ilə tanımalıdır. Azərbaycan mediası isə, bu həqiqətə çatmalıdır ki, milli ayrıseçkilik yaradacaq və İranın dini siyasətindən ifrat təsəvvür yaymaqla heç bir şey əldə edə bilməyəcəklər.
Ölkənin rəsmi diplomatiyası da, Xəzərin hüquqi statusu kimi ixtilaflı məsələlərdə mülayim həll yolu tutmalıdır. Qarabağ münaqişəsi kimi məsələlərdə, İran Ermənistanla iqtisadi əlaqələr vasitəsilə bu ölkəni öncədən öhdəlik götürdüyü BMT TŞ-nın qətnamələrinə əməl etməkdə təsirli addımlara sövq edə bilər. Azərbaycanın İranın vasitəçiliyinə razılıq verməsinə diqqət yetirərək, Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin düyünü olan Qarabağ münaqişəsinin həlli prosesinə daxil ola bilər. Bu prosesdə iştirak etmək İranın danılmaz haqqıdır. Əlbəttə, ATƏT-in Minsk qrupunun İranın bu arenaya girməsinə müxalif olması da mümkün görünür.
Bu üzdən İranın rolunu vasitəçi qruplarda rəsmi üzviyyətlə məhdudlaşdırmaq olmaz. İran bu zəmində, Türkiyə kimi təsirli mövqe tuta bilər. Qəti olan budur ki, dünyada yeni siyasi şiə coğrafiyası yaranmışdır və İran bu yeni coğrafiyadakı fürsətlərə biganə qala bilməz və qalmamalıdır. İndi bu coğrafiyanın üzvləri arasında vəhdət yaranması üçün köhnəlmiş və əvvəllər sınaqdan keçmiş səhvləri kənara qoymalı və regionda formalaşmaqda olan bu qüdrətin yanında qüdrətli və mərkəzi amil kimi meydana atılmalıdır. Əlbəttə, bu o demək deyil ki, müxtəlif seçimlər adı altında vəhdətin digər səbəbləri görməməzliyə vurulsun. Bu seçimlərdə milli maraqlar daxilində ortaq nəzər olmalıdır.