Azərbaycan Servisi/Aran Agentliyi
Xəbər verdiyimiz kimi, ötən həftə İsrail səfirliyi qarşısında Beynəlxalq Qüds günü münasibətilə keçirilmiş etiraz aksiyasında saxlanılmış 8 nəfərə 8-15 günlük inzibati həbs cəzası verilmişdi. 8günlük həbs cəzası alanlar arasında Azərbaycan islam partiyasının sədri Mövsüm Səmədov da var idi. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, həbs cəzası bu gün başa çatan partiya sədrini qarşılamaq üçün müvəqqəti saxlama təcridxanasının qarşısına ictimaiyyət nümayəndələri, o cümlədən Azərbaycanın digər bölgələrindən - Lənkəran, Astara, Gəncə, Quba, Xaçmaz və Bakı kəndlərindən inanclı insanlar gəlib. Mövsüm Səmədov azadlığa çıxdıqdan sonra isə ora toplaşan ictimaiyyət nümayəndələrinə yenidən polisi təzyiqi edilib və daha 60 nəfər saxlanılıb. saxlanılanların adı dəqiqləşdirilir.
Qeyd edək ki, saxlanılanlar arasında hadisə yerindən reportaj hazırlayan Faktxeber.com-un Orxan Hüseynov adlı əməkdaşı da var.
*****
Aldığımız son məlumata görə, tutulanlardan 10 nəfəri 7-ci polis bölməsinə aparıblar. Digərlərini isə on-on digər bölmələrə aparırlar. Tutulanlarla təhqiramiz və kobud rəftar olunduğu bildirilir.
*****
Həbs edilənlərin 60 nəfər olduğunu bildirmişdik. Ən son verilən məlumata görə daha 5 nəfər həbs olnub. Beləliklə həbs olunanların sayı 65-ə çatıb.