Tarix : 2010 Sep 12
Kod 18950

ERMƏNİ ƏSGƏRLƏR BİR-BİRİNİ GÜLLƏLƏYİB

Ermənistan ordusunun əsgəri öz yoldaşını güllələyib
Azərbaycan Servisi/Aran Agentliyi
FaktXeber.com-un "ArmToday"a istinadən verdiyi məlumata görə, Ermənistan ordusunda qətillər seriyasına daha biri əlavə olunub.  Ararat vilayətində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə çağrılan 19-yaşlı Vardan Nersisyan öz əsgər yoldaşı Ovanesa Baqdasaryanı güllələyib. Saytın verdiyi xəbərdə bildirilir ki, hadisə V.Nersisyanın növbətçi olduğu gecə baş verib.
Güllə yarası alan əsgər hərbi hospitala yerləşdirilib. Dərhal əsgərin üzərində əməliyyat keçirilib. Həkimlərin bildirdiyinə görə, əməliyyat uğurlu keçsədə, xəstənin vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, bu Ararat vilayətində yerləşən N saylı hərbi hissəsədə baş verən ilk hadisə deyl. Belə ki, ötən gün hərbi hissədə müqavilə əsasında xidmət keçən hərbçilər silahlarını ataraq, komandanlığın əmrlərini yerinə yetirməkdən imtina ediblər.

  • Yazılıb
  • da (də) 2010 Sep 12