Tarix : 2010 Sep 12
Kod 18951

AZƏRİ HAKERLƏRDƏN ERMƏNİLƏRƏ MÜBARİZ HÜCUMU

Bir qrup azərbaycanlı xaker, Ermənistanın Suriyadakı konsulluğunun və Tələblə Birliyinin rəsmi saytını dağıdıb
Azərbaycan Servisi/Aran Agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, bir qrup azərbaycanlı xaker, Ermənistanın Suriyadakı konsulluğunun və Tələblə Birliyinin rəsmi saytına hücum həyata keçirib. İki qruma məxsus (www.hca-dez.org) və (www.komagan.net) internet saytlara bu gün səhərdən etibarən, Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan Mübariz İbrahimovun şəkili yerləşdirilib. Qeyd edək ki, azərbaycanlı xakerlərin şəhid Mübariz İbarhimovun şəkilini bu saytlara yerləşdirməsi, onun ötən ay işğalçı erməni əsgərləri tərəfindən öldürülməsinə etiraz əlaməti daşıyır.

  • Yazılıb
  • da (də) 2010 Sep 12