Tarix : 2010 Sep 13
Kod 18958

TÜRKİYƏDƏ DEMOKRATİYA QALİB GƏLDİ

Referendum üçün verilən səslərin artıq 100 faizi sayılıb və 58 faiz nəzərdə tutlan dəyişikliyə dəstək verib
Türkiyə Servisi/Aran Agentliyi

Ötən gün Türkiyədə Konstitusiyanın bəzi maddələrinə dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri açıqlanıb. Artıq referendum üçün verilən səslərin 99.95 faizi sayılıb və nəzərdə tutlan dəyişikliyə dəstək verənlər qalib gəlib. Belə ki, seçicilərin 58 faizi (21.828.515 nəfər) konstitusiya dəyişikliyinin lehinə səs verib.

AKP-nin (Hakim Ədalət və İnkişaf partiyası) İstanbul şöbəsində çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan nəticələri demokratiyanın qələbəsi kimi qiymətləndirib. “Bu gün keçirilən referendumdan əldə olunan nəticə xalqımızın demokratiyaya qarşı hiss etdiyi həsrətin ifadəsidir. Ramazan bayramını qeyd edən xalqımız demokratiya bayramını da alnı açıq qarşıladı. Hərbi dövlət çevrilişi düşüncəsinə sahib olan insanlar bu gün məğlub oldu!”

Bu nəticələrin millət üçün faydalı olmasını Allahdan təmənna edən baş nazir referendumda iştirak edərək kostitusiya dəyişikliyinə səs verənlərə öz təşəkkürünü bildirib. ans

Məlumata görə, referendumda ölkə əhalisinin sadəcə 77-78 faizi iştirak edib. Daha əvvəl keçirilən referendumda isə bu rəqəm 67 faiz olub.

Qeyd edək ki, referendum yolu ilə edilməsi nəzərdə tutulan Konstitusiya dəyşiklikləri Türkiyədə ordunun səlahiyyətlərini məhdudlaşdır .

  • Yazılıb
  • da (də) 2010 Sep 13