sentyabrın 13-dən 16-dək Bakı şəhərində ABŞ-ın Ordu Mühəndislər Korpusu və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirilir
Azerbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata gِrə, sentyabrın 13-dən 16-dək Bakı şəhərində ABŞ-ın Ordu Mühəndislər Korpusu və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirilir. Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Seminarın keçirilməsində məqsəd qurumlararası səviyyədə təbii fəlakətlərə və texnogen qəzalara hazırlıq üzrə qarşılıqlı təcrübənin bölüşdürülməsidir. Tədbirin proqramının əsas istiqaməti neft dağılması və subasmadır.
Seminarda Fِvqəladə Hallar Nazirliyinin 40-a yaxın əməkdaşı ilə yanaşı Azərbaycanın digər dövlət qurum və təşkilatlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
“Aran” İA