Tarix : 2010 Sep 17
Kod 18997

Azərbaycanın cənub bölgəsində irimiqyaslı təlim keçirilib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində irimiqyaslı şərti təlimlər keçirilib
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində irimiqyaslı şərti təlimlər keçirilib. Azərbaycan mənbələrindən bildirildiyi kimi,təlim bu gün Lənkəran rayonunun Liman şəhəri ərazisindəki neft anbarında reallaşıb. Mərkəzin əməkdaşlarına şərti olaraq Lənkəran şəhərindən 75 kilometr aralıda 7,5 bal gücündə baş verən zəlzələnin fəsadlarını dəf etmək tapşırığı verilib. Zəlzələ nəticəsində Liman şəhərində yerləşən neft anbarındakı çənin deformasiyaya uğraması səbəbindən yanğın baş verib, inzibati bina uçub, işçilərdən xəsarət alanlar olub. Hadisə yerinə təcili olaraq FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları gəlib. Anbarda baş verən yanğının qarşısı alınıb, xəsarət alan 2 nəfər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
FHN-nin əməkdaşı İzzət İbişov jurnalistlərə açıqlamasında şərti təlimin keçirilməsində məqsədin baş verə biləcək hər hansı hadisəyə çevik reaksiya vermək, FHN-lə aidiyyəti qurumlar arasında qarşılıqlı əlaqəni gücləndirmək, operativ qərarların qəbul edilməsi, qəza xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili olduğunu deyib, belə tədbirlərin davam etdiriləcəyini bildirib.
Təlimə şəxsi heyətin 74 üzvü, o cümlədən 9 texnika cəlb edilib.
 
“Aran” İA
 
  • Yazılıb
  • da (də) 2010 Sep 17