Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata əsasən, Bakının Yasamal rayonunda kütləvi bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün gecə saatlarında İslam Səfərli küçəsində qeydə alınıb.
İçkili sərxoş şəxslər arasında yaranmış mübahisə sonra kütləvi davaya çevrilib. Dava zamanı 41 yaşlı Fuad Əhmədov, 33 yaşlı Anar Zamanov və onun 32 yaşlı qardaşıBaba Zamanovağır bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hazırda faktla bağlı araşdırma aparılır. Yaralıların vəziyyəti ağır olduğundan onların dindirilməsi mümkün olmayıb. Davanın digər iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Yerli ekspertlər bildirirlər ki, son zamanlar içkili halda cinayət törədənlərin sayı artıb.
“Aran” İA