Tarix : 2010 Sep 17
Kod 18999

Pentaqon Qarabağın hərbi yolla azad edilməsi fikrinə qəti etiraz edir

ABŞ-ın müdafiə naziri Robert Qeyts Dağlıq Qarabağda güc tətbiqinin qarşısının alınması üçün səyləri artırmağı vacib hesab edir
Azərbaycan servisi/Aran agentliyi
ABŞ-ın müdafiə naziri Robert Qeyts Dağlıq Qarabağda güc tətbiqinin qarşısının alınması üçün səyləri artırmağı vacib hesab edir.
“Aran” İnformasiya Agentliyinin İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ və Rusiya müdafiə nazirləri R.Qeyts və A.Serdyukovun Vaşinqtondakı danışıqlarının yekunlarını şərh edən Pentaqon nümayəndəsi bildirib: “Tərəflər cəbhə xəttində bir müddət əvvəl Azərbaycanla Ermənistan arasında baş vermiş toqquşma ilə bağlı qısa müzakirələr aparıblar. ABŞ müdafiə naziri Dağlıq Qarabağda zor tətbiqinin qarşısının alınması üçün səyləri artırmağın vacibliyini diqqətə çatdırdı”.
O, həmçinin qeyd edib ki, nazirlər Qafqaz üzrə geniş spektri əhatə edən məsələləri müzakirə ediblər: “Qeyts 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında imzalanmış atəşkəs sazişinə əməl olunmasının vacibliyini vurğulayıb və Rusiya tərəfini regiondakı silahlı qüvvələrinin fəaliyyətində şəffaflığı təmin etməyə çağırıb”.
Pentaqon nümayəndəsi bildirib ki, Dağlıq Qarabağ probleminin hərbi yolla həllinə heç bir vəxhlə imkan vermək olmaz və o, dolayısıyla Azərbaycan tərəfinin müharibə edib, torpaqları geri qaytarmaq fikirlərinin “yolverilməz” olduğunu vurğulayıb.
 
“Aran” İA
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Sep 17