Tarix : 2010 Sep 17
Kod 19000

AZƏRBAYCAN RUSİYADAN TANK ALIB

Rusiyadan tank alan ölkələr sırasında Azərbaycan da var
Azərbaycan servisi/Aran agentliyi

Rusiya dünyada tank ixracına görə birinci sıraya yüksəlib. “RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bunu Rusiyada fəaliyyət göstərən Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko deyib. O bildirib ki, Rusiya 2006-2009-cu illərdə 482 ədəd tank sataraq 1, 57 milyard dollar qazanıb. Almaniya eyni müddətdə 292 ədəd (3,03 milyard dollar), ABŞ isə 209 ədəd (1,5 milyard dollar) tank satıb.

2010-2013-cü illərdə Rusiyanın tank satışının artacağı və 859 ədəd təşkil edəcəyi proqnozlaşdırılır. İ. Korotçenko hazırda Rusiyadan ən çox zirehli texnika alan ölkənin Hindistan olduğunu söyləyib. O, Rusiyanın Azərbaycan, Türkmənistan, Əlcəzair, Venesuela, Kipr və Uqandaya da tank satdığını açıqlayıb.

  • Yazılıb
  • da (də) 2010 Sep 17