Türkiyə Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin Türkiyə müxbirinin verdiyi xəbərə görə, İstanbuldakı ABŞ konsulluğu qarşısında keçirilən aksiya yüzlərlə aksiya iştirakçının müqəddəs kitabın oxunuşu ilə başlayıb.
"Peygamber Sevdalıları Platformu" tərəfindən təşkil edilən aksiyada ABŞ-dakı bu insaniyyətdən uzaq addım qəti olaraq pislənib.
Akaiyada "Qurana uzanan əllər qırılsın!", "Məhv olsun ABŞ", "Qurana canımız fəda" şüarları səsləndirilmiş və bu şüarlarla yazılmış plokatlar konsulluğunun pəncərələri istiqamətinə tutulub.
Aksiya polisin tam nəzarəti şəraitində keçib.