Tarix : 2010 Sep 18
Kod 19020

İstanbulda aksiyalar səngimir

Quranın ABŞ-da yandırılmasına Türkiyənin müxtəlif yerlərində etiraz edilib
Türkiyə servisi/Aran agentliyi
Quranın ABŞ-da yandırılmasına Türkiyənin müxtəlif yerlərində etiraz edilib.

İslam-Azeri.az internet qəzetinin Türkiyə müxbirinin verdiyi xəbərə görə, İstanbulda cümə namazından sonra çox sayda etirazçının iştiakı ilə növbəti aksiya keçirilib.

Aksiyada Qurani Kərim kitabını əllərində tutan etirazçılar “Məhv olsun Amerika”, “Məhv olsun İsrail”, “Qurana uzanan əllər qırılsın”, “Zillət bizdən uzaqdır”, “Məhv olsun sionizm” şüarlarını səsləndiriblər.

Aksiyanın təşkilatçılarından olan, “İsra Mədəniyyət Mərkəzi”nin rəbəri Nürəddin Şirin isə mitinqdə çıxış edib.
 
  • Yazılıb
  • da (də) 2010 Sep 18