Azərbaycan servisi/Aran agentliyi
İranın müdafiə naziri, briqada generalı Əhməd Vahidi oktyabrın 11-də Azərbaycana səfər edəcək. Bu barədə bazar günü İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami bildirib. Səfərin məqsədi İranla Azərbaycan arasında, xüsusilə müdafiə sahəsində ikitərəfli münasibətlərin genişləndirməsidir, Fars xəbər agentliyi məlumat verib. Səfirin sözlərinə görə, Vahidinin səfəri iki gün davam edəcək.