Tarix : 2010 Sep 21
Kod 19040

ERMƏNİLƏRİN PKK-YA DAHA BİR DƏSTƏYİ ORTAYA ÇIXIB

Onun Azərbaycandakı kürdlərlə bağlılığı və terror təşkilatına silah ötürdüyü bildirilər
Azərbaycan Servisi/Aran Agentliyi
Bu günlərdə Moskvada qarnından güllələnərək ağır yaralanan "Ded Xasan" barədə Türkiyədə çıxan "Milliyyət" qəzetinin bu günki ədədində maraqlı məqalə diametr olunub.Məqaləni orijinal variantında təqdim edirik.

Faktxeber.com
-un SV Pressa agentliyinə istinadən verdiyi məlumata görə, Yezidi kürdü olan 73 yaşlı Usoyanın PKK ilə yaxın əməkdaşlıq etdiyi bildirilir. O, özünü kürdlərin ən əhəmiyyətli himayəçisi hesab edir. Agentliyin verdiyi məlumata görə, Usoyan 2008-ci ildə Bakıda "Bilo" ləqəbli bir kürdlə görüşərək Türkiyədən  gələn bəzi kürdlərin, Gürcüstan və Azərbaycan üzərindən Rusiyaya gətirilərək bura yerləşdirilmələrini təşkil edib. Usoyanın PKK-ya silah satışı ilə bağlı əlaqələri olduğu da iddia edilir. Usoyanın yaxın dostu, kürd əslli gürcü vətəndaşı Zaxariy Kalaşov pul toplamaq və qeyri-qanuni təşkilat qurmaq cinayətlərindən keçən iyun ayında İspaniyada 7.5 il həbs cəzasına məhkum edilmişdi.

PKK-ya silah satışı

Kalaşov, 2006-cı ildə Londonda zəhərlənərək öldürülən köhnə KGB agenti Aleksandr Litvinenko tərəfindən PKK-ya rus silahı satılmasına vasitəçi olmaqda günahlandırmışdı.

"Ded Hasan", 1992-ci ildə Moskvada iki türk vətəndaşını öldürən "Yaponçik" ləqəbli Vyaçeslav İvankovun keçən il öldürülməsindən sonra Rusiya mafiyasının başına keçmişdi. Moskvanın mərkəzində İvankov kimi iti nişançının güllələrinə hədəf olan və qarınından yaralanan Usoyan və cangüdənləri ağır yaralı olaraq xəstəxanaya aparılmışdı. Vəziyyəti yaxşıya doğru gedən Usoyanın olduğu xəstəxana təxminən 100 polis tərəfindən qorunur. Rusiya mətbuatı "Ded Hasan"nın vurulmasıyla əlaqədar olaraq fərqli ssenarilər üzərində dayanır. Usoyanın Rusiyada məhbus olan gürcü əslli rəqib mafiya atası Tariel Oninainin əmriylə vurulmuş ola biləcəyi bildirlir.
Qeyd edək ki, son bir neçə ildə Rusiyada dəyişik mafiya qrupları arasındakı qarşıdurmalarda onlarla insan ölüb.
1937-ci ildə Tiflisdə doğulan Usoyan Krasnodar Moskvada yaşadıqdan sonra Sankt Peterburqa gedib və 1990-cı illərin ortasından mafiya dünyasında sürətlə yüksəlməyə başlayıb. Usoyan qumar, narkotik və silah qaçaqçılığı ilə məşğul olub. Rusiyadakı qafqaz mənşəli qeyri-qanuni qrupları ətrafına toplayıb. Rusiya mətbuatına görə, Usoyanın bütün qafqazda əlaqələri var.
  • Yazılıb
  • da (də) 2010 Sep 21