Səfər Əbiyev Brüsselə səfir, Nəcməddin Sadıqov isə prezident yanında Ali İnspeksiya İdarəsinə rəhbər göndərilir
Azərbaycan Servisi/Aran Agentliyi
zərbaycan hakimiyyətində Müdafiə Nazirliyinin hazırkı rəhbərliyi ilə bağlı mümüm qərarlar qəbul edilib. Bu barədə "MilAz" İnformasiya Agentliyinə hökümətə yaxın mənbədən məlumat daxil olub. Məlumata görə, ölkə rəhbərliyi səviyyəsində MN-in hazırkı rəhbərliyinin dəyişdirilməsinə qərar verilib. Bu qərarın formalaşmasında Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına keçid prosesi zamanı ortaya çıxan bir sıra problemlərin əsas rol oynadığı istisna deyil.
Nazirlikdə vəzifə tutan aşağıdakı şəxslərin yeni vəzifələrə göndərilməsi qərara alınıb:
Müdafiə naziri, general-polovnik Səfər Əbiyevin iki vəzifədən birinə təyin olunması məqbul hesab edilib:
- birincisi Azərbaycanın NATO yanındakı nümayəndəliyinin başçısı (səfir) vəzifəsi;
- ikincisi, MDB SIlahlı Qüvvələrinin Birləşmiş Qərargahında Azərbaycan SQ -nin nümayəndəsi.
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıqov üçün prezident yanında Ali İnspeksiya İdarəsinin rəisi vəzifəsi nəzərdə tutulub.
Müdafiə Nazirinin müavini general-leytenenat Çingiz Məmmədovun Hərbi Elmi Mərkəzə rəis vəzifəsinə göndəriləcəyi ilə bağlı məlumatlar yayılıb.
Bəs onların yerlərinə kimin təyin olunma ehtimalı var? Verilən məlumata görə, hazırda hökumətdə müdafiə naziri vəzifəsinin statusu ilə bağlı ikitirəlik davam edir. Bir çoxları nazirin hazırkı statusunun – hərbi statusunun saxlanılmasında israr edir. Bəziləri isə nəhayət, mülki müdafiə naziri statusunun gerçəkləşdirilməsi zəruriliyini qey edirlər.
Əldə olunan məlumatlara görə, hakimiyyətdə “hərbi nazir” statusunu dəstəkləyənlərin sayı kifayət qədər olduğundan onların namizədlərinin təsdiq olunacağı ehtimalı var. Hazırda nazir vəzifəsinə aşağıdakı namizədlərin adları hallanır:
1. General-leytenant Kərəm Mustafayev, Silahlı Qüvvələr hərbi birləşməsinin komandiri;
2. General-leytenant Kərim Vəliyev, Müdafiə Nazirliyi Hərbi Elm Mərkəzinin keşmiş rəisi.
Nəcməddin Sadıqovun yerinə də iki namizədin olduğu barədə məlumatlar var:
1. General-mayor Heydər Piriyev, Silahlı Qüvvələrin hərbi birləşməsində qərargah rəisi;
2. General-leytenant Rövşən Əkbərov, Silahlı Qüvvələr birləşməsinin komandiri.
Çingiz Məmmədovun yerinə olan namizədlərin hazırda dəqiqiləşdirilməsi prosesi gedir.