Tarix : 2010 Sep 21
Kod 19043

Azərbaycan terrorçu barəsində beynəlxalq axtarış elan etdi

Azərbaycan Respublikası daha bir terrorçu barəsində beynəlxalq axtarış elan edib
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Azərbaycan Respublikası daha bir terrorçu barəsində beynəlxalq axtarış elan edib. Bu haqda İnterpolun internet saytında məlumat yayılıb. Bildirilir ki, axtarılan azərbaycanlı Hafiz Ruslan oğlu Ramizzadədir.
Azərbaycan Respublikasının Qubadlı rayonundan olan Hafiz Ramizzadə terrorçuluqda ittiham olunur və o, Bakının Səbail rayon hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.
Hafiz Ramizzəda Pankisi dərəsindəki qeyri-qanuni silahlı birləşmələrə məxsus hərbi düşərgələrdə təlim keçib. O, 2003-cü il yanvar ayının 29-da Gürcüstanın Dövlət Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşları tərəfindən saxlanılıb və Qazax rayonu ərazisindəki "Şıxlı" sərhəd nəzarət buraxılış məntəqəsində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələrinə təhvil verilib.
Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirli bilinən Hafiz Ramizzadə mühakimə olunub və bir neçə il sonra azadlığa buraxılıb.
Daha sonra onun Şimali Qafqazda terrorçu qruplaşmalara qoşulduğu ehtimal olunur.
 
“Aran” İA
  • Yazılıb
  • da (də) 2010 Sep 21