Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərində azərbaycanlı və erməni qadınlar Beynəlxalq sülh günü münasibətilə birgə mətbuat konfransı keçirəcək
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərində azərbaycanlı və erməni qadınlar Beynəlxalq sülh günü münasibətilə birgə mətbuat konfransı keçirəcək. Bu haqda erməni KİV-ləri məlumat yayıb. Məlumatda bildirilir ki, tədbir BMT-nin qadınlar fondunun təşkilatçılığı ilə keçiriləcək. Sabah təşkil olunacaq mətbuat konfransında Gürcüstanda azərbaycanlı və erməni qadınlar arasında qeyri-rəsmi diplomatiyadan istfifadə olunmaqla keçirilmiş 2-ci sülh görüşünün yekunlarından danışılacaq.
Xatırladaq ki, ilk belə görüş mayın 4-5-də Brüsseldə keçirilmişdi.
Görüşdə azərbaycanlı və erməni xanımların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllindəki rolu, Azərbaycan və Ermənistanda BMT-nin “Qadınlar, sülh və təhlükəsizlik” haqqında qətnaməsinin həyata keçirilməsi perspektivləri müzakirə olunur. 2000-ci il oktyabrın 31-də qəbul edilmiş bu qətnamə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin bütün mərhələlərində qadınların iştirakının vacibliyindən danışır.
“Aran” İA