Tarix : 2010 Sep 21
Kod 19049

Qapadılmış Beynəlxalq Universitetin rektoru nazirliyi ittiham edir

bir neçə gün əvvəl qapadılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru son olaylardan sonra ilk dəfə KİV-ə açıqlamalar verib
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata əsasən, bir neçə gün əvvəl qapadılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru son olaylardan sonra ilk dəfə KİV-ə açıqlamalar verib. O, Təhsil Nazirliyini “ədalətsiz” davranmaqda ittiham edib.
Azərbaycan Respublikasının informasiya mənbələri və KİV-ləri eks-rektorun ittihamlı fikirlərinə xüsusi diqqətlə yanaşıblar. Onun ittihamları ölkənin bütün aparıcı KİV-lərində öz əksini tapıb.
Təhsil Nazirliyinin qərarı ilə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev ANS TV-yə açıqlamasında rəhbərlik etdiyi ali məktəblə bağlı səsləndirilən ittihamlara münasibət bildirib.
“2007-ci ildə Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetini akkreditasiyadan keçirib. Bu, müddətsiz olmalıdır. Lisenziya ən azı 4 ilə verilib, hələ lisenziyanın vaxtının bitməsinə 2 il var. Bunun üçün alimlərin, akademiklərin şərhilə 50 səhifəlik arayış verilib. ABU 2 dəfə YUNESKO tərəfindən beynəlxalaq akkreditasiyadan keçib. Universitetin beynəlxalq statusu var", deyə E. Abdullayev bildirib.
ABU rektorunun sözlərinə görə, Təhsil Nazirliyinin özəl ali təhsil məktəbi barədə verdiyi qərar ədalətsizdir.
"Nazirliyin qərarları arasında hüquqi ziddiyyət var. 2005-ci ildə ən qabaqcıl təhsil işçisinə layiq görülmüşəm. Bunun heç mürəkkəbi qurumayıb. Təhsil Nazirliyinin Azərbaycan Beynəlxalq Universiteti haqqında qərarı ədalətsizdir”, - deyə Elşad Abdullayev vurğulayıb.
 
“Aran” İA
  • Yazılıb
  • da (də) 2010 Sep 21