Fransanın Azərbaycan Respublikasındakı səfirliyinin viza şöbəsi 5 gün müddətində azərbaycanlılara viza verməyəcək
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata əsasən, Fransanın Azərbaycan Respublikasındakı səfirliyinin viza şöbəsi 5 gün müddətində azərbaycanlılara viza verməyəcək. Buna səbəb, səfirliyin kompüter sisteminə müdaxilə zərurətilə əlaqələndirilir. Fransa səfirliyinin açıqlamasına görə, bu ölkənin Azərbaycandakı səfirliyində kompüter sisteminə müdaxilə zərurətinin yaranması ilə əlaqədar olaraq səfirlik və onun viza şöbəsi əhalinin qəbulu üçün bağlı olacaq.
Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, sözü gedən proses cari ilin sentyabrın 30-dan oktyabrın 4-dək (bazar ertəsi daxil olmaqla) davam edəcək. Sonra vizaların verilməsi bərpa olunacaq.
“Aran” İA