Tarix : 2010 Sep 22
Kod 19057

Rusiya Qafqaza təcili qoşun cəmləyir

Rus qoşunları Azərbaycan Respublikası sərhədlərinə yaxınlaşır
Rusiya servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata əsasən, son bir neçə gündə Rusiya Şimali Qafqaz Respublikaları Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardin-Balkariya istiqamətinə ağır texnika, artileriya qurğuları və minlərlə əsgər və zabit cəmləşdirməkdədir. Bu barədə “Kavkaz on line” xəbər portalına istinadən “Poliqon” Analitik İnformasiya Agentliyi məlumat yayıb.
Portalın yazıdığına görə, əsas qüvvələr Dağıstanın Kizlər və Xasavyur şəhərləri istiqamətinə yerləşdirilir.
Çox maraqlıdır ki, Rusiya KİV-ləri bu barədə məlumat vermirlər. Şimali Qafqaz istiqamətinə yeni hərbi qüvvələrin toparlanması barədə yeganə mənbə isə Peterburqda fəaliyyət göstərən “Əsgər anaları” cəmiyyətidir.
Həmin cəmiyyətin sədri Tatyana Polyakova Peterburqun “DP” agentliyinə verdiyi açıqlamada bildirib ki, onlar rəsmi qurumlara müraciət etdikdə anormal cavab alıblar. Əsgər analarına bildiriblər ki, guya Soçi olimpiadasının keçirilməsi ilə bağlı indidən təhlükəsizlik tədbirləri keçirilir. Polyakova olimpiadaya hələ 3 il yarım qaldığını bildirsə də, onun sualına konkret cavab verən olmayıb.
“Kafkaz on line”a Rusiyadakı rəsmi mənbələrdən daxil olan olan məlumata görə, Moskva bu qış terrorçu elan etdiyi qruplaşmalara qarşı total hücuma hazırlaşır.
İş o yerə çatıb ki, indi Şimali Qafqazda çeçen və inquşların, habelə digər xalqların bir qisminin Sibir və uzaq Şərqə sürgün ediləcəyi ilə bağlı şaiyələr gəzməyə başlayıb.
Eyni zamanda belə bir şaiyə də gəzir ki, Şimali Qafqazda rus millətindən olan xeyli ailənin də köçürüləcəyi gözlənilir. Bu sırada əvvəllər bu ərazidə yaşayan rusların köçürüləcəyi gündəmdədir.
Ekspertlərin fikrincə, Dağıstana rus hərbi kontingentinin toparlanması Azərbaycanın təhlükəsizliyinə də şərait yarada bilər. Çünki rəsmi Kreml və Rusiya KİV-i zaman-zaman yaraqlıların Azərbaycan ərazisindən Rusiyaya keçməkdə ittiham edib.
 
“Aran” İA
 
  • Yazılıb
  • da (də) 2010 Sep 22