Tarix : 2010 Sep 23
Kod 19069

''İranlıların müqavimətinin mənbəyi Qurandır''

İran İslam inqilabının Rəhbəri Ayətullah Seyyid Əli Xamenei "müqəddəs müdafiə həftəsi" ilə bağlı bəsicilərlə görüşüb
İİR Servisi /Aran Agentliyi
İran İslam inqilabının Rəhbəri Ayətullah Seyyid Əli Xamenei "müqəddəs müdafiə həftəsi" ilə bağlı bəsicilərlə görüşüb.

İslam-Azeri.az internet qəzetinin İran mətbuatına istinadən verdiyi xəbərə görə, çıxışı zamanı İrana qarşı dünya imperialistlərinin hədələrindən danışıb.

Çıxışı zamanı "İran İslam İnqilabı köhnəlib" deyənlərə xüsusi işarə edən İslam İnqilabı Rəhbəri deyib: "Bu gün bəziləri İslam inqilabının köhnəldiyini və sona çatmaq üzrə olduğunu iddia edirlər. Onlar öz xalqlarını itirməkdədirlər. Hələ də onlar öz ayaqları üstündə durmaq iqtidarında deyillər. İran İslam Respublikası və İran xalqı keçməkeşli 30 ili geridə buraxdığı kimi qarşılaşdığı çətinlikləri də arxada qoyacaqdır. Düşmənlərimiz hər gün xüsranlarını artırmaqdadırlar".

İslam Respublikasına olan hədəflərin əslində Quran olduğunu önə çəkən Ayətullah Seyyid Əli Xamenei sözlərini belə davam edib: "Düşmənlər İranı hədəfə almaqda əsl məqsədləri İslam və Qurandır. Ancaq sözdə onlar guya İranı hədəfə alıblar. Onlar Quranı və İslamı hədəfə almaqlarının səbəbi isə, İran xalqının sərgilədiyi müqavimət və izzətdir ki, bu yüksək dəyərlərin mənbəyi Quran, İslam dini və mədəniyyətidir".

İran İslam Respublikasının imperialistlərə və zorba güclərə qarşı əvvəlki kimi müqavimət və mübarizəsini davam etdirəcəklərini önə çəkən İslam İnqilabı Rəhbəri İran xalqının bu yolda israrlı olduğunu bildirib.
  • Yazılıb
  • da (də) 2010 Sep 23