Tarix : 2010 Sep 23
Kod 19070

Dindarlar Gəncədən sürgün edilir

Faktxeber bildirir ki, Gəncə sakininə şəhəri tərk edərək bir il ərzində şəhərə daxil olmamaq göstərişi verilib
Azərbaycan Servisi/Aran Agentliyi
Faktxeber bildirir ki, Gəncə sakininə şəhəri tərk edərək bir il ərzində şəhərə daxil olmamaq göstərişi verilib .
Naxçıvan sakininə isə Muxtar Republikadan çıxmağa qadağa qoyulub
Ötən həftə ölkənin müxtəlif bölgələrindən Bakıya gələrək, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun saxlanıldığı müvəqqəti saxlama təcridxanasının qarşısında onu gözləyən ictimaiyyət nümayəndələrinin polis tərəfindən həbs olunması barədə sizlərə məlumat vermişdik. Hadisə zamanı polis tərəfindən həbs olunanlardan 5 nəfəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətində azadlıqdan məhrum edilmişdi.
İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsilə 10 gün müddətində azadlıqdan məhrum edilən 4 nəfər şəxs dünən Binəqdi rayonu müvəqqəti saxlama məntəqəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, 10 gün müddətində həbsdə olan Cəbiyev Azər Arif oğlunun azadlığa buraxılması lazım olduğu təqdirdə, onu Binəqədi rayon Məhkəməsindən birbaşa Gəncə şəhər polis idarəsinə aparıblar.
Azər Cəbiyev heç bir qanuni əsas olmadan Gəncə şəhər Polis İdarəsinin Nizami rayon şöbəsində 5-6 saat müddətində saxlanılıb. O, Polis İdarəsində saxlanılan zaman, Gəncə şəhəri Nizami rayon polis şöbəsinin rəisi Ağahüseyn Məmmədovun təhqir və təzyiqləri ilə üzləşib. Daha sonra Azər Cəbiyevi Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Rasim Musabəyovun yanına aparıblar. Şəhərin Baş Polis idarəsinin rəisi ilə görüşdən sonra Cəbiyev Azər Arif oğluna Gəncə şəhərini tərk etmək üçün 3 saat vaxt verilib. Gəncə şəhərini tərk etməyəcəyi təqdirdə onu həbs etməklə təhdid edən şəhər polis rəisi, bu yolla Azərbaycanda yenidən 1937-ci ilin represiya dalğasını əsdirməyə başlayıb.
Qeyd edək ki, bundan əlavə Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Kamil İmanov adlı şəxsə də heç bir hüquqi əsas olmadan yaşadığı ərazini tərk etməmək göstərişi verilib.
  • Yazılıb
  • da (də) 2010 Sep 23