Tarix : 2010 Sep 23
Kod 19075

ŞİRVANDA ETİRAZ AKSİYASI KEÇİRİLİB

Hacı Teymur Nəsirov: "Sionistlər belə hərəkətləri ilə İslam-xristian dünyasını qarşı-qarşıya qoymağa və nəticədə mənfur siyasətlərini həyata keçirməyə çalışırlar"
Azərbaycan Servisi/Aran Agentliyi

Xəbər verildiyi ki, Quranın təhqir olunması ilə bağlı Şirvan şəhərində etiraz aksiyası keçirilib. Məlumatda bildirilir ki, “Milli-Əxlaqi Dəyərlərin Təbliği” ictimai birliyinin sədr müavini Hacı Teymur Nəsirov baş verən olayı kəskin pisləyib. T.Nəsirov qeyd edib ki, Qərb İslam dininin genişlənməsinə və böyük sürətlə Avropa ölkələrini fəth etməsinə dözə bilmir: “İslam dini sonuncu və ən kamil din olmaqla yanaşı, həm də insanların dünya və axirət səadətinə zəmanət verir. Eyni zamanda bəşərin insan kimi yaşamasını tam təmin etməyə qadirdir və düşünən insan durmadan İslama üz tutur. Bu da təbii ki, ilahi vəhyin qarşısına çıxanların rahatlığını pozur. Ona görə də hətta ən çirkin hərəkətlər etməklə İslama qarşı nifrətlərini büruzə verirlər”.
T.Nəsirov çıxışında bütün müsəlmanları Quranın ətrafında sıx birləşməyə səslədi: “Bu hərəkət təkcə dindarlara və müsəlmanlara qarşı deyil, bəlkə bütün bəşəriyyətə qarşı təhqir hesab olunur. Ona görə ki, Quran məhdud cəmiyyətə və məhdud coğrafiyaya aid deyil. Hər bir insan bu ilahi kitabdan faydalana bilər. Eyni zamanda bu, Qərbin və mason-sionist təşkilatının ən çirkin əməlidir. Sionistlər belə hərəkətlərlə İslam-xristian dünyasını qarşı-qarşıya qoymağa və nəticədə mənfur siyasətlərini həyata keçirməyə çalışırlar. Müsəlmanlar ayıq olmalı və düşmənin hiyləsinə uymamalıdır”.
Sonra tanınmış ruhani, ilahiyyatçı alim Hacı Vaqif çıxış edərək, İsrail və ABŞ sionizminə lənət oxutdurub, Quranı təhqir edənlərə ölüm dilədi: “İslam və Qurana uzanan əllər kəsilməlidir. Müsəlmanlar ayıq olun, bizim ən ülvi hissimizlə oynayan ABŞ halal torpağımızı da işğalda saxlamağa nail olub. Unutmayın ki, bu təhqir Fələstin, Qarabağ və digər müsəlman torpaqlarının işğalının davamıdır. Ar olsun İslam düşmənlərinə, ölüm olsun Amerikaya və İsrailə2.
Sonra dindar ağsaqqal Məşədi Məmmədəli çıxış edərək bildirdi: “Bu hərəkət ABŞ-da baş verdiyi üçün məhz Amerika dövləti günahkardır. Birləşmiş Ştatlar İslam dünyasına ya özü cavab versin ya da cinayətkarı müsəlmanlara təhvil versin. Qurana qarşı olunan təhqir bəşəriyyətə qarşı hesab olunur”.
Xatırladım ki, sonda şüarlar səsləndirilib və dindarlar adından bəyanat imzalanıb.

  • Yazılıb
  • da (də) 2010 Sep 23