Tarix : 2010 Sep 23
Kod 19077

Bakıda qəzet redaktorunun evinə qara maskalılar basqın edib

Azərbaycan Respublikasının paytaxtında qəzet redaktorunun evinə qara maskalıların basqını nəticəsində redaktor və onun oğlu ağır xəsarət alıblar. Onları yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının paytaxtında qəzet redaktorunun evinə qara maskalıların basqını nəticəsində redaktor və onun oğlu ağır xəsarət alıblar. Onları yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Quldurluq hadisəsi Bakının Nərimanov rayonunda törədilib. Nərimaniov rayon Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 23-nə keçən gecə üzlərinə qara maska keçirmiş 3 nəfər naməlum şəxs Böyükşor qəsəbəsində yaşayan 36 yaşlı İsaq İsmayılovun yaşadığı evə giriblər. Naməlum şəxslər əllərindəki bıçaqla İ.İsmayılova hədə-qorxu gələrək ondan pul tələb ediblər. İ.İsmayılovun atası, Azərbaycan Dövlət Tibb Universitetinin "Təbib" qəzetinin redaktoru 68 yaşlı Eldar İsmayılov içəri daxl olan zaman naməlum şəxslər əllərindəki küt alətlərlə ata və oğlun baş nahiyəsinə zərbələr vuraraq hadisə yerindən qaçıblar. Yaralıları xəstəxanaya yerləşdiriliblər.
Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Fəxrəddin ŞirəliyevMilli.Az xəbər portalına açıqlamasında bildiridi ki, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur. Hazırda əməliyyat tədbirləri həyata keçrilir. Onun sözlərinə görə, naməlum şəxslər pəncərənin açıq olmasından istifadə edərək mənzilə daxil olub. Faktla bağlı Сinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
 
“Aran” İA
 
 
  • Yazılıb
  • da (də) 2010 Sep 23