Qarabağ Azadlıq Təşkilatı ermənilərin Azərbaycana səfəri ilə bağlı bəyanat yayıb
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Qarabağ Azadlıq Təşkilatı ermənilərin Azərbaycana səfəri ilə bağlı bəyanat yayıb.
"Dahi bəstəkar Üzeyir Hacıbəyovun yubiley tədbirlərinə Ermənistanın işğalçı hərəkətlərinə dəfələrlə bəraət qazandırmağa çalışan erməni şovinisti Armen Smbatyanın dəvət olunması Üzeyir Hacıbəyovun xatirəsinə təhqirdir". Bu bəyanatla Qarabağ Azadlıq Təşkilatı çıxış edib.
QAT bu təşəbbüsləri Azərbaycana qarşı ermənilər tərəfindən törədilmiş işğalçı hərəkətlərin, vəhşiliklərin unutdurulmasına, cəmiyyətdə təslimçi əhval-ruhiyyənin yaradılmasına yönəldiyini hesab edir.
Bu səbəbdən atılan addım heç bir halda Azərbaycanın maraqlarına cavab verə bilməz”, - deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, dahi Azərbaycan bəstəkarı Üzeyr Hacıbəyovun anadan olmasının 125-ci ildönümü münasibətilə Bakıda təşkil olunan beynəlxalq festivala erməni nümayəndəsi də dəvət olunub və ermənilərin Bakıya səfəri bir sıra ictimai təşkilatların etirazına səbəb olub.
Xatırladaq ki, proqram çərçivəsində Bakıya gəlmiş erməni Armen Smbatyan Ermənistanın Rusiyadakı keçmiş səfiri və MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktorudur.
“Aran” İA