Tarix : 2010 Sep 24
Kod 19087

KÜTLƏVİ TƏBLİĞAT VASİTƏLƏRİNİ ADI AÇIQLANDI

Bunlar İTV , "Azərbaycan", "Xalq qəzeti", "Respublika" və "Bakinski raboçi" qəzetləridir
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycanda 2010-cu il 7 noyabr tarixində Milli Məclisə keçiriləcək seçkidə KİV-də seçkiqabağı təşviqat aparmaq məqsədilə seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara və ya siyasi partiyaların bloklarına aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq: İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetləri. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib.

“Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə MSK-ya müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir”, - deyə məlumatda bildirilir. \ans\

  • Yazılıb
  • da (də) 2010 Sep 24