Son məlumatlara görə, Nardaran sakini Hacı Əli Hüseynovu həbs edən yerli polis, ona narkotik maddələrdən istifadə maddəsi ilə cinayət işi açmaq istəyir
Azərbaycan servisi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, dünən Nardaran sakini Hacı Əli Hüseynov, qəsəbədəki divarlara dini şüar yazarkən polis tərəfindən saxlanılıb. Yerli sakinlərin verdiyi məlumata görə, bir neçə polis əməkdaşı Əli Hüseynova dünən günorta saatlarında həbs ediblər. Qeyd edək ki, polis tərəfindən qeyri-qanuni olaraq həbs olunan Əli Hüseynov Sabuncu rayon polis idarəsində saxlanılır. Nardaran sakini Əli Hüseynov qanunsuz narkotik vasitələr saxlamaqda ittiham olunub və onun barəsində cinayət işi açılıb. Saxlanılan Əli Hüseynovun yaxınlarının verdiyi məlumata görə, hazırda narkotik maddə aludəçisi olub-olmadığını müəyyənləşdirmək üçün ondan qan analizi götürülür.