Bu haqda Fövqəladə Hallar Nazirlyinin saytına istinadən Milli.Az xəbər portalı məlumat yayıb
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda döyüş sursatı aşkarlanıb. Bu haqda Fövqəladə Hallar Nazirlyinin saytına istinadən Milli.Az xəbər portalı məlumat yayıb. Məlumatda bildirilir ki, sözü gedən partlayıcı sursat qazıntı işləri aparılarkən aşkarlanıb. Döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olan kimi hadisə yerinə xilasedicilər cəlb olunub. Müəyyən olunub ki, aşkarlanmış sursatlar istifadə üçün yararlı 1 ədəd 75mm-lik top mərmisi və istifadə üçün yararsız 1 ədəd 120mm-lik döyüş başlığı olmayan top mərmisidir.
Xəbərdə həmçinin bildirilir ki, aşkarlanmış sursatlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
“Aran” İA